Mədəniyyət-yaradıcılıq Mərkəzi özfəaliyyət klubun bazasında yaradılıb. Mərkəzdə qızlardan və oğlanlardan ibarət İnstrumental və Rəqs ansamblı, Xor kollektivi və Dram dərnəyi fəaliyyət göstərir. Mərkəz xüsusi istedadlı tələbələrin özfəaliyyətə cəlb olunması istiqamətində işlər aparır.

Həmçinin BDU akt zallarının və konfrans otaqlarının texniki təchizat  işlərini həyata keçirir, universitetin, o cümlədən Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən bütün əlamətdar tədbirlərdə, Gənclər və İdman Nazirliyinin “Tələbə baharı” və digər festivallarında, milli bayramlarda, xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edir.

Mədəniyyət-yaradıcılıq Mərkəzinin ilk direktoru əməkdar incəsənət xadimi Nailə Mirməmmədli olub.

İnstrumental ansambl

İnstrumental ansamblda universitetin tələbələri fəaliyyət göstərir, Mərkəz tərəfindən təşkil edilən tədbirlərdə aktiv iştirak edirlər.



Rəqs ansamblı

Oğlanlardan və qızlardan ibarət 25 nəfərlik «Səda» rəqs ansamblının bədii rəhbərləri - Zərifə Məmmədova və Yusif Məmmədovdur. Rəqs ansamblının üzvləri müxtəlif fakültələrdən müraciət etmiş 100-ə yaxın tələbə arasından seçilir. Müxtəlif pilləli məşqlərin sonunda istedadlı tələbələr seçilərək ansambla cəlb olunurlar. Ansambl üzvləri xalq və bəstəkar mahnılarını ifa edirlər. «Səda» rəqs ansamblı universitet və respublika əhəmiyyətli tədbirlərlə yanaşı, dəfələrlə qostrol səfərlərində olub, o cümlədən Türkiyə Respublikasında festivallara qatılaraq diplom və müxtəlif mükafatlara layiq görülüblər.




Xor kollektivi

30 nəfərlik Xor kollektivinin bədii rəhbəri Könül Yusifovadır. Kollektivin ən çox müraciət etdiyi musiqilər - Ümumdünya universitetlər himni «Qaudeamus», Bakı Dövlət Uiversitetinin himni, yerli və xarici sənət nümunələridir.



 

Dram dərnəyi

Dram dərnəyinin üzvləri, əsasən filologiya fakültəsinin tələbələridir. Dərnək universitetdə keçirilən tədbirlərin ruhuna uyğun olaraq tamaşalar, səhnəciklər təqdim edir. Dərnəyin bədii rəhbəri Nigar Məmmədlidir.