BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

17/09/2026

2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 4 tələbəsi Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib.

BDU-nun Şərqşünaslıq fakültəsinin “Filologiya (ərəb dili və ədəbiyyatı)” ixtisası üzrə təhsil alan Jalə Novruzova, “Tərcümə (ərəb dili)” ixtisasının tələbəsi Sidiqə Feyzullayeva, “Regionşünaslıq (ərəb ölkələri üzrə)” ixtisası üzrə təhsil alan Səbinə Cəbrayılova və Nərmin Abbasova bir il müddətində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dili üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər. Təhsil proqramını uğurla başa vuran tələbələr Azərbaycana qayıdıblar. Proqram çərçivəsində tələbələr beynəlxalq təhsil mühitində təcrübə qazanıb, ərəb ölkələrinin dili və mədəniyyəti ilə yaxından tanış olublar.

Qeyd edək ki, tələbələr Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təqdim etdiyi namizədlər siyahısından seçilərək Küveyt Dövlətinin təqaüd proqramına layiq görülüblər. Proqram çərçivəsində tələbələrin təhsil və yaşayış xərcləri, həmçinin beynəlxalq nəqliyyat xərcləri Küveyt Dövləti tərəfindən qarşılanıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026