BDU-nun tələbələri “Azercell”in aylıq 200 manat təqaüdünü qazanıblar

12/01/2017

“Azercell Telekom” MMC-nin Tələbə Təqaüd Proqramı üzrə son seçimlər başa çatıb.Tələbə Təqaüd Proqramının mərhələli seçimləri nəticəsində 27 tələbə “Azercell”in təqaüdçüsü” adına layiq görülüb. Proqram qalibləri sırasında Bakı Dövlət Universitetinin tələbələri də var. Belə ki, Hüquq fakültəsinin üç tələbəsi - Qarayev Aysel, Günel Abdullayeva, Dunay Xasaylı da qaliblər arasındadırlar. Qalib tələbələr ali təhsillərinin sonunadək “Azercell” şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.

Qeyd edək ki, layihə iki mərhələdən ibarət olub. Birinci seçim mərhələsində tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilib. İkinci mərhələdə iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət olan onlayn tapşırıqla yanaşı İngilis dili tapşırığı verilib. Bundan əlavə tələbələr “Azercell”in İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə olan maraqları və s. meyarlar əsasında dəyərləndirililiblər.

Mətbuat və informasiya şöbəsi, 12 yanvar 2017-ci il.

Xəbərlər

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026