Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

15/12/2016

İclası giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov  gündəlikdə olan məsələləri təqdim edib.  Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2016/2017-ci ilin payız semestrinin imtahan sessiyasına hazırlıq haqqında məruzə ilə çıxış edib. Hüquq fakültəsində tədrisin və elmi fəaliyyətin təşkili və təkmilləşdiriməsi  haqqında fakültənin dekanı, professor Əmir Əliyev məlumat verdikdən sonra  elmi adların verilməsi və cari məsələlər müzakirə olunub.

İclasın sonunda  Qafqazın ən böyük təhsil facebook səhifəsi olan 145 minlik "Azərbaycan Universitetləri"nin admini Zöhrab Süleyman “İlin ən yaxşı rektoru” diplomunu rektor, akademik Abel Məhərrəmova təqdim edib. Tələbələr arasındakı nüfuzuna, rektoru olduğu ali təhsil müəssisəsində tələbələr üçün əsl nümunəvi şərait yaratdığına, rəhbərlik etdiyi universitetin media ilə əlaqələrinin daha sıx olmasına və digər universitet tələbələri arasında keçirilən sorğuda qalib olan rektor, akademik Abel Məhərrəmov simvolik diplomu qəbul edib, sorğuda iştirak edən tələbələrə öz təşəkkürünü bildirib.

Mətbuat və İnformasiya şöbəsi, 15 dekabr 2016-cı il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026