161 nömrəli məktəbin şagirdləri BDU ilə tanış olublar

31/10/2019

Yasamal rayonu 161 saylı orta məktəbin V-VII sinif şagirdləri Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində bu ali təhsil ocağını ziyarət edib, Heydər Əliyev lektoriyası, Elmi kitabxana, Təkamül təlimi muzeyi, Nano Araşdırmalar Mərkəzi, İdman kompleksi, laboratoriya və mərkəzlərlə tanış olublar. Şagirdlərə universitetin yaranma tarixi, fəaliyyəti, məzunları, tədris prosesi, laboratoriyalarda aparılan tədqiqat işləri haqqında məlumat verilib, tələbələrin asudə vaxtlarını səmərəli təşkil etmək üçün müəyyən klub və teatrların, müxtəlif özfəaliyyət dərnəklərinin fəaliyyətindən söz açılıb.

Sonra rektor Elçin Babayev şagirdləri qəbul edərək onlarla görüşdən mənmunluq keçirdiyini bildirib. Gələcəkdə hansı peşəyə yiyələnmək istədikləri ilə maraqlanan rektor şagirdlərin çoxsaylı suallarını cavablandırıb.

Məktəbin direktoru Fəttah Fəttayev ekskursiya üçün təşəkkür edərək şagirdlərin Bakı Dövlət Universiteti ilə tanışlığının onlarda xoş təəssürat yaratdığını və gələcəkdə universitet seçiminə kömək edəcəyini bildirib.

 

 

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026