17 noyabr - Beynəlxalq Tələbələr Günüdür

17/11/2020

Bu tarix 1946-cı ildə Praqada çex vətənpərvər tələbələrin ildönümünə həsr olunmuş beynəlxalq tələbələr konqresində təsis edilib. Digər dünya ölkələri ilə yanaşı Azərbaycanda da bu gün təhsil ocaqlarında xüsusi olaraq qeyd edilir.

Məlum olduğu kimi, Azərbaycanda ilk tələbə gənclər hərəkatının formalaşması XIX əsrin sonu, XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Avropada və Rusiyada təhsil alan azərbaycanlı tələbə gənclər Azərbaycanda təşəkkül tapan demokratik hərəkatın əsas hərəkətverici qüvvəsinə, mütərəqqi ictimai-siyasi fikrin başlıca daşıyıcılarına çevrilmişdilər. XX əsrin əvvəllərində Azərbaycanda ictimai fikrin, elmin, təhsilin, mətbuatın, ədəbiyyatın yeni yüksəlişində, teatr, incəsənət, musiqi mədəniyyətinin təşəkkül tapmasında da tələbə gənclərin böyük xidmətləri olmuşdur.  Müxtəlif dövrlərdə tələbə gənclərlə bağlı həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olaraq Azərbaycanda tələbə gənclər hərəkatı daha da inkişaf etmiş, gənclərin ictimai-siyasi fəallığı artmış, onların ölkənin idarə olunmasında, ictimai həyatda iştirakı daha da genişlənmişdir.

Ölkəmizin bütün gəncləri kimi, Bakı Dövlət Universitetinin tələbə-gəncləri də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət Gənclər siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməkdədirlər. Tarixən Azərbaycana görkəmli siyasi xadimlər, alim və ziyalılar bəxş etmiş Azərbaycan təhsilinin flaqmanı Bakı Dövlət Universitetinin tələbə gəncləri hər zaman dövlətçiliyə bağlı, milli ruhda yetişmiş,  ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması və möhkəmləndirilməsində yaxından iştirak etmişlər.

23 mindən artıq tələbə kontingentinə malik olan qocaman universitetin əsas hədəfinin ölkəmiz və dövlətimiz üçün yüksəkixtisaslı kadr hazırlığı olduğunu nəzərə alaraq, müxtəlif növ tədbirlərin, o cümlədən tələbələrin təşkilatçılığı və iştirakı ilə dövlət və milli bayramların, yubiley və əlamətdar günlərin qeyd edilməsi, elmi və mədəni-kütləvi tədbirlərin, bilik yarışmaları və müsabiqələrin, sərgi və təqdimatların təşkili, tanınmış elm və mədəniyyət xadimləri, görkəmli ziyalılarla mütəmadi görüşlər və yaradıcılıq gecələrinin keçirilməsi, mədəni və tarixi yerlərə ekskursiyaların, xeyriyyə tədbirlərinin təşkili, könüllük hərəkatı, gənclər arasında sosioloji sorğuların keçirilməsi, tələbə klubları və yaradıcılıq dərnəklərinin yaradılması, digər ali məktəblərdə təhsil alan tələbələrlə dostluq əlaqələrinin qurulması işində universitet tələbələri daim əzmkarlıq nümayiş etdirmiş, Bakı Dövlət Universitetini həm ölkə daxilində, həm də ölkə xaricində ləyaqətlə təmsil etmişlər.

Yüksəkixtisaslı kadr hazırlamaq işini daim diqqət mərkəzində saxlayan Bakı Dövlət Universitetinin də əsas məqsədi məhz savadlı, bilikli, müasir təhsil yeniliklərini mənimsəmiş, dövlətçilik ənənələrinə, azərbaycançılıq ideologiyasına və milli-mənəvi dəyərlərimizə bağlı mütəxəssislər yetişdirməkdir. Təsadüfi deyildir ki, 2020/2021-ci tədris ilində 102 prezident təqaüdçüsündən 15-i BDU-ya üstünlük vermişdir.

Aylardır davam edən və bütün dünyanı cənginə almış COVİD-19 pandemiyası təəssüflər olsun ki, təhsil sahəsindən də yan keçməmiş, əziz tələbələrimizin təlim-tədris prosesinin ənənəvi üsülla davam etdirilməsinə maneələr yaradıb. Ancaq buna baxmayaraq fədakar müəllim-tələbə kontingentinin onlayn qaydada istər tədris prosesinin, istərsə də tədbirlərin həyata keçirilməsində fəaliyyəti təqdirəlayiqdir.

Beynəlxalq tələbə günü münasibətilə bütün tələbələri ürəkdən təbrik edirik. Əminik ki, elmə təhsilə və biliyə həvəsi olan tələbələrimiz gələcəkdə peşəkar mütəxəssis kimi yetişəcək və doğma universitetlərinin adını hər zaman uca tutacaqlar.

Ramin Səmədov,

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024