2015/2016-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün dinləyicilərin qəbulunu elan edir.

14/08/2015

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

2015/2016-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün dinləyicilərin qəbulunu

 

E L A N    E D İ R

  1. Fəlsəfə
  2. Regionşünaslıq
  3. Menecment
  4. Riyaziyyat
  5. Mexanika
  6. Fizika
  7. Kimya
  8. Torpaqşünaslıq və aqrokimya
  9. Hüquqşünaslıq

10.  Yer quruluşu, torpaq və şəhər kadastrı

11.  Politologiya

12.  Geologiya

 

Əlavə təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə təhsil müvafiq ixtisas üzrə bakalavr (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Əlavə təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

-          Rektorun adına ərizə;

-         Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;

-         3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;

-         Sağlamlıq  haqqında arayış;

-         Şəxsiyyət vəsiqəsinin surəti;

-         Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.

Xarici Ali Təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.

QEYD: Sənədlər avqust  ayının 5-dən sentyabr  ayının 7-dək (istirahət günlərindən başqa) saat 10.00-dan 17.00-dək əsas binada (I mərtəbə, 4 saylı otaq) qəbul edilir.

Əlavə təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər, müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.

Təhsil azərbaycan və rus dillərindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir. Təhsil əyani və qiyabi formalarda təşkil olunur.

 

Ünvan: Akademik Zahid Xəlilov küçəsi-23  AZ-1148

Telefon: (012) 510-70-34

REKTORLUQ

 

 

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024