2020/2021-ci tədris ili üçün Bakı Dövlət Universitetinin magistraturasının boş qalan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı

03/09/2020

2020/2021-ci tədris ili üçün Bakı Dövlət Universitetinin (BDU) magistraturasının boş qalan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı 2020-ci il sentyabrın 4-dən 9-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) onlayn aparılacaq.

Qeydiyyat üçün aşağıda göstərilən əsassənədlər elektron formada təqdim edilməlidir:

1. Ərizə.

2. Şəxsiyyət vəsiqəsinin surəti.

3. Diplom  (cari ildə ali məktəbi bitirmiş bakalavrlar üçün ali məktəbi bitirmə haqqında arayış).

4. Bakalavrın qəbul imtahanının nəticə vərəqəsi (DİM-in saytından yükləmək).

5. 3x4 sm ölçüdə fotoşəkil.

6. Ödəniş qəbzinin surəti.

7. Müqavilə (dövlət hesabına, ödənişli əsaslarla).

BDU-nun magistratura səviyyəsinə qəbul olunanlar əsas və tələb olunan əlavə sənədləri ONLAYN QEYDİYYATLA BAĞLI SƏNƏDLƏRİN HAZIRLANMASINA DAİR GENİŞ TƏLİMATa uyğun olaraq hazırlamalı və bdu-magistr-qebul@bsu.edu.az elektron poçt ünvanına  göndərməlidirlər.

Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisaslaşmaya yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanların siyahısından xaric ediləcəkdir.

 

ƏLAQƏ:

E-mail: bdu-magistr-qebul@bsu.edu.az,
Tel.: +994 77 537 62 10 (məsul şəxs ­- Məcid Qocayev)

Xəbərlər

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov
17/12/2025

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək
17/12/2025

BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib

BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib
17/12/2025