2022/2023-cü tədris ilində BDU-ya 120 əcnəbi vətəndaş qəbul olub

10/01/2023

Əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır. Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt və digər ölkələrdən Bakı Dövlət Universitetində (BDU) təhsil almaq üçün çoxsaylı müraciətlər daxil olmaqdadır.

2022/2023-cü tədris ili üzrə bu günədək BDU-ya bakalavriaturaya 34, magistraturaya 28, doktoranturaya 7, hazırlıq qruplarına isə 51 nəfər olmaqla, ümumilikdə 120 nəfər əcnəbi vətəndaş qəbul olub. Bu da ötən illərə nisbətən böyük  göstəricidir. BDU-da əcnəbi vətəndaşların qəbul prosesi davam edir.

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026