BDU 2022-ci ildə də Azərbaycanda “Times Higher Education Subject Ranking” reytinq cədvəlinə düşən yeganə universitetdir

05/11/2022

Ölkəmizdə elmin və təhsilin inkişaf etdirilməsində, əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasında aparıcı ali təhsil müəssisələrindən olan və artıq təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilmiş 103 yaşlı Bakı Dövlət Universiteti (BDU) beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atır.

Son illər BDU-da aparılan islahatlar, elmə, təhsilə, beynəlmiləlləşməyə və tələbələrin sosial həyatına ayrılan xüsusi diqqətin nəticəsi olaraq 2022-ci ildə Bakı Dövlət Universiteti dünya universitetlərinin nüfuzlu ““The Times Higher Education” (by Subject Ranking)” reytinq cədvəlində Fiziki elmlər ( Fizika, Kimya, Geologiya, Astronomiya, Riyaziyyat və s.) və Mühəndislik elmləri (Kimya mühəndisliyi, Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Geofizika mühəndisliyi və s.) üzrə 1001+ mövqelərini tutub. Bununla da BDU 2022-ci il üzrə də Azərbaycandan nüfuzlu reytinq cədvəlində yer alan yeganə universitet oldu.

https://www.timeshighereducation.com/world-university-rankings/2023/subject-ranking/physical-sciences#!/page/0/length/25/locations/AZE/sort_by/rank/sort_order/asc/cols/stats

https://www.timeshighereducation.com/world-university-rankings/2023/subject-ranking/engineering-and-it#!/page/0/length/25/locations/AZE/sort_by/rank/sort_order/asc/cols/stats

Xatırladırıq ki, Böyük Britaniyanın “Times Higher Education” (THE)  jurnalının fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisəsələrinin reytinqini tərtib etmək, universitetlərin reytinqinin yüksəlməsi üçün tövsiyələr verməkdir. Jurnalın tərtib etdiyi siyahı dünyanın ən nüfuzlu reytinqlərindən hesab olunur. THE-də dünya universitetləri reytinqi universitetlərin tədris, elmi-tədqiqat, istinad indeksi, beynəlxalq reputasiya, sənaye gəlirləri və digər meyarlar nəzərə alınmaqla həyata keçirilir.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025