2024/2025-ci tədris ilində BDU-nun SABAH qruplarında 6 ixtisas və 8 ixtisaslaşmada tədris aparılacaq

31/05/2024

2024/2025-ci tədris ili üçün BDU-nun SABAH qruplarında bakalavriat səviyyəsi üzrə 6 ixtisas, magistratura səviyyəsi üzrə isə 8 ixtisaslaşmada tədris aparılması nəzərdə tutulur. Bakalavriat səviyyəsində Biologiya müəllimliyi, Kimya müəllimliyi, Fizika müəllimliyi, Biotexnologiya, Psixologiya  və Kompüter elmləri ixtisasları üzrə qruplar təşkil olunacaq. Magistratura səviyyəsi üzrə isə Ehtimal nəzəriyyəsi və riyazi statistika, Əməliyyatlar tədqiqi və sistemli təhlil, Optimallaşdırma və optimal idarəetmə, Nanohissəciklər fizikası, Kompüter elmləri və texnologiyaları, Jurnalistika, Kimyəvi kinetika və kataliz və Molekulyar biologiya ixtisaslaşmalarında tədris aparılacaq.

2023/2024-cü tədris ilində BDU-nun SABAH qruplarında 1085 tələbə təhsil alır. Ali məktəblərin SABAH qrupları arasında ən çox tələbə sayı BDU-dadır.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026