Koreya Kinq Sejonq İnstitutunun nümayəndələri BDU-da

31/10/2024

Koreya Respublikasının Kinq Sejonq İnstitutunun nümayəndələri Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində olublar.

BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəylinin iştirak etdiyi görüşdə fakültədə Koreya dilinin tədrisi, Kinq Sejonq İnstitutu ilə əməkdaşlığın perspektivləri müzakirə olunub. Koreya dilinin tədrisinin fakültədə yüksək səviyyədə aparıldığı, BDU-nun Koreya universitetləri ilə əlaqələrin yaradılmasına böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb.

İnstitutun nümayəndələri bu sahədə dəstək göstərməyə və yeni əməkdaşlıq formatlarına hazır olduqlarını bildiribər.

Daha sonra İnstitutun nümayəndəsi Choe Jang Ho fakültədə yerləşən Koreya dili otağındakı şəraitlə tanış olub.

Qeyd edək ki, Kinq Sejonq İnstitutu Koreya hökuməti tərəfindən 2005-ci ildə qurulub və dünyanın 50-dən artıq ölkəsində fəaliyyət göstərir. Cənubi Qafqazda ilk dəfə olaraq BDU-nun nəzdində Bakı King Sejonq İnstitutu İnstitut Fondunun qərarı ilə 2018-ci ildə təsis edilib. Əsas məqsədi Koreya dilinin, mədəniyyətinin tədris edilməsi və yayılması olan İnstitutun əməkdaşları koreyalı mütəxəssislərdir. Onlar eyni zamanda Şərqşünaslıq fakültəsində Koreya dili və ədəbiyyatının tədrisi prosesinə də cəlb olunurlar.

 

Xəbərlər

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
17/07/2026