44 GÜNLÜK ZƏFƏR EPOPEYASI

27/09/2021

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib, əzəli Azərbaycan torpaqları işğal olunub. Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından amansızcasına deportasiya olunub. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından qaçqın düşüb. Bir milyondan artlq yurddaşımız öz yurdlarından didərgin salınıb.
30 ilə yaxın bir dövrdə Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmədi. Beynəlxalq təşkilatların çağırışlarına, Azərbaycan dövlətinin münaqişənin sülh yolu ilə tənzimlənməsi, danışıqlarla həll olunmasına çağırışlarına məhəl qoymadı. Azərbaycan daim öz torpaqlarının ilhaqı ilə barışmayacağını bəyan etsə də, Ermənistan dövlətini işğal etdiyi əraziləri qeyd-şərtsiz tərk etməyə çağırsa da, düşmən öz məkrli niyyətindən əl çəkmədi. 30 ilə yaxın bir dövrdə işğal altında olan əzəli torpaqlarımızı viran qoyan mənfur düşmən maddi-mədəniyyət, tarixi abidələrimizi, müqəddəs ocaqları, məscidləri, mədəniyyət obyektlərini, şəhər, qəsəbə və kəndlərimizi dağıtdı. Viran qoyduğu torpaqlarda güclü mühəndis-istehkam qurğuları tikdi. Ermənistan hakimiyyətinin davranışları münaqişənin sülh yolu ilə həllini mümkünsüz etdi, danışıqlar heç bir nəticə vermədi.
Aprel döyüşlərindən dərs çıxarmayan düşmən növbəti təxribatlara əl atdı. Son dövrlər düşmənin təxribatları müntəzəm xarakter aldı.
2020-ci il 27 sentyabr tarixində səhər saatlarında Ermənistan Silahlı Qüvvələri növbəti genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusunun hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordu Qısa müddət ərzində müzəffər ordumuz düşmənin mövqelərini darmadağın etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə düşməni işğal etdiyi torpaqları tərk etməyə, təxribatlara son qoymağa çağırsa da, Ermənistan öz təcavüzünü davam etdirdi. İldırım sürətli əks hücum əməliyyatı Vətən Müharibəsinə çevrildi.

Azərbaycan xalqı Vətən Müharibəsində misilsiz həmrəylik nümayiş etdirdi. Xalq-iqtidar-ordu birliyi möhtəşəm qələbənin təminatçısı oldu. Azərbaycan xalqı öz Ali Baş Komandanının, öz Ordusunun ətrafında yumruq kimi birləşdi. “Dəmir yumruq” adlandırılan əməliyyatla rəşadətli ordumuz günbəgün öz dədə-baba torpaqlarımızı mənfur düşməndən azad etməyə başladı. Xalq-iqtidar-ordu birliyinin sayəsində parlaq Qələbə qazanıldı.
Cəsur Azərbaycan hərbiçiləri təcavüzkarın işğal altındakı ərazilərimizdə 30 ilə yaxın qurdurqları istehkamları, müdafiə qurğularını, hərbi texnikaları və çoxlu sayda canlı qüvvələrini 44 gündə darmadağın etdi.
Müharibənin gedişində çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı hərbi əməliyyatları dayandırmağa, hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırsalar da, mənfur düşmən öz məkrli niyyətindən əl çəkmədi. Bir çox ölkələr, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün apardığı haqq mübarizəsini dəstəklədiklərini bəyan etdilər. Müharibənin gedişində bir neçə dəfə əldə olunan humanitar atəşkəs Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları, növbəti təcavüzləri nəticəsində yenidən pozuldu.
44 günlük müharibə nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını özü həyata keçirdi. Ermənistan üzərinə düşən beynəlxalq öhdəlikləri sülh yolu ilə yerinə yetirmək istəməsə də, Azərbaycan onu sülhə məcbur etdi və 30 il işğal altında qalmış əraziləri hərbi yolla azad etdi.
Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da Ağdam işğaldan azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
27 sentyabr 2020-ci ildə düşmənin növbəti təxribatına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin kapitulyasiya aktına imza atması ilə nəticələnən ikinci Qarabağ müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu xalqımızın zəfər səlnaməsini yazdı, tariximizdə yeni bir şanlı qəhrəmanlıq səhifəsi açdı. Doğma torpaqlarımızda, müqəddəs Şuşada şanlı bayrağımız qürurla və əbədi dalğalandırıldı.
BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistan qoşunlarının torpaqlarımızdan tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini şanlı ordumuzun qələbəsi ilə icra edildi, doğma torpaqılarının həsrətini çəkən, qayıdacaqları günü səbirsizliklə gözləyən insanlarımızın arzuları reallığa çevrildi.
44 günlük Vətən Müharibəsində yüzlərlə əsgərimiz vətənin azadlığı naminə bir an belə tərəddüd etmədən öz həyatını qurban verdi. Onlar bu gün fəxr etdiyi¬miz və bütün gələcək nəsillərin fəxr edəcəyi qələbə tariximizi öz qanları ilə yazdılar. İkinci Qarabağ müharibəsində cəsur əsgər və zabitlərimiz, müqəddəs şəhidlərimiz döyüş mey¬danında göstərdikləri fədakarlıq və qəhrəmanlıqları ilə öz adlarını xalqımızın qan yaddaşına qızıl hərflərlə həkk etdilər.
Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncamı ilə “27 sentyabr - Anım Günü”  və “8 noyabr - Zəfər Günü” təsis edilmişdir. Eyni zamanda, ölkə başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün “YAŞAT” Fondunun yaradılması haqqında Fərman imzalamışdır. Cənab Prezident Azərbaycan xalqının Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən Müharibəsi memorial kompleksi” və “Zəfər muzeyi”nin yaradılması haqqında sərəncam imzalamışdır.
Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi.
Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, daim şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.


İbrahim Zeynalov
Bakı Dövlət Universitetinin professoru

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024