BDU-nun müəllimi Nərgiz Abasova vəfat edib
08/09/2022
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nərgiz Abas qızı Abasova vəfat edib.
Nərgiz Abasova 1962-ci ildə Bakıda anadan olub. 1994-1998-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. O, 2008-ci ildən 2015-ci ilə qədər Kriminalistika və məhkəmə ekspertizası kafedrasında laboratoriya müdiri işləyib. Nərgiz Abasova eyni zamanda müəllim kimi “Kriminalistika”, “Məhkəmə ekspertizası” və “Əməliyyat axtarış hüququnun əsasları” fənlərini tədris edib. 12 elmi məqalənin müəllifi və 2 dərsliyin, 6 dərs vəsaitinin, 3 proqramın həmmüəllifi olub.
Allah rəhmət eləsin!
Xəbərlər
17 Noyabr - Milli Dirçəliş Günüdür
17 Noyabr - Milli Dirçəliş Günüdür
BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib
BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib
