“Vətən müharibəsi dövründə ölkə mediasının rolu” mövzusunda elmi seminar keçirilib

04/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Vətən müharibəsi dövründə ölkə mediasının rolu” mövzusunda onlayn elmi seminar keçirilib.

Moderator, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev onlayn tədbiri giriş sözü ilə açaraq Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı parlaq qələbələr münasibətilə seminar iştirakçılarını təbrik edib, eyni zamanda bu günkü seminarda qoyulan mövzunun aktuallğından danışıb. Vətən müharibəsində qazanılan parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayaraq Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkib. Bildirib ki, bu gün BDU-da elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi istiqamətində mühüm addımlar atılır. V.Əliyev informasiya müharibəsində, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında, sağlam, bilikli və vətənpərvər gənclərin yetişdirilməsində daim öz töhfəsini verən Bakı Dövlət Universitetində Vətən müharibəsində medianın fəaliyyətinə həsr olunmuş layihə üzərində iş aparıldığı haqqında məlumat verib.

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Cahangir Məmmədli iştirakçılarını salamlayaraq 44 gün davam edən Vətən Müharəbəsində şanlı Ordumuzun qazandığı Qələbə münasibətilə iştirakçıları təbrik edib. Bu dövrdə BDU-nun professor-müəllim heyəti və tələbələrinin informasiya müharibəsindəki fəaliyyəti, mediada yayımlanan yazıları haqqında ətraflı məlumat verib.

Daha sonra professorlar Allahverdi Məmmədli, Qulu Məhərrəmli Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti sayəsində əldə olunan qələbə və əzəli torpaqlarımızın işğaldan azad olunmasını ölkəmizin haqq savaşının Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mərhələ kimi qiymətləndiriblər. Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində medianın üzərinə düşən vəzifələr, informasiya müharibəsi, tələbə-gənclərin mövcud vəziyyətlə bağlı maarifləndirilməsi kimi məqamlara aydınlıq gətiriblər.

Onlayn seminarda Prezident İlham Əliyevin xarici KİV-lərə müsahibələrinin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Vətən müharibəsinin mediada işıqlandırılması, Vətən müharibəsində ölkə mediasının fəaliyyəti, bu mübarizəni obyektiv işıqlandıran dünya media nümayəndələrinin fəaliyyəti mövzularında fikir mübadiləsi aparılıb.

Milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu ölkənin orta və ali məktəblərində Vətən müharibəsində qazanılan parlaq qələbənin şagird və tələbə-gənclər arasında daha geniş məlumatlandırılması məqdəsilə "Zəfər dərsləri"nin keçirilməsi ilə bağlı təklif irəli srürb.

Övladı vətən uğrunda savaşda iştirak edən, fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva oğlunun timsalında əsgər və zabitlərimizin sağ-salamat evlərinə qayıtmasını arzulayıb, iştirakçılarla öz hisslərini bölüşüb.

Saat 12:00-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Microsoft Teams platforması üzərindən təşkil olunan tədbir mövzu ilə bağlı müzakirələrlə yekunlaşıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024