Bakı Dövlət Universiteti və Baykal Dövlət Universitetləri arasında əməkdaşlığa dair saziş imzalanıb

13/10/2018

Bakı Dövlət Universiteti və Baykal Dövlət Universiteti (İrkutsk, RF) arasında elmi-tədris sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Sənəd Bakıda keçirilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində imzalanıb. Sərgidə dünyanın 12 ölkəsindən 130 universitetin nümayəndələri iştirak edib.

Baykal Dövlət Universiteti 100 ildən artıq tarixə malikdir. Burada öncə maliyyə-iqtisadiyyat və mühəndis- iqtisadiyyat sahələrində mütəxəssislər hazırlanıb. Daha sonra ali məktəb çoxprofilli tədrisə keçib. Hazırda universitet Rusiyanın ali məktəbləri arasında 21-ci yerdə qərarlaşıb.

Mətbuat və informasiya şöbəsi, 13 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026