BDU Muğla Sıtkı Koçman Universiteti ilə Mevlana mübadilə protokolu imzalayıb

27/01/2022

Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu elm və təhsil müəssisələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı elm, təhsil mübadiləsinin təmin edilməsinə, beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə daima xüsusi diqqət yetirir.

BDU ilə Türkiyə Cümhuriyyətinin Muğla Sıtkı Koçman Universiteti arasında Mevlana mübadilə protokolu imzalanıb. Mevlana mübadilə protokolunda tələbə, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi öz əksini tapıb. Həyata keçirilən əməkdaşlığın əsas məqsədi BDU-nun müvafiq üniversitetlə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Muğla Sıtkı Koçman Universitetinin rektoru Hüseyn Çiçək imzalayıb. Müqavilə çərçivəsində bakalavr, magistr və doktorantların, o cümlədən tədqiqatçıların və akademik heyətin mübadiləsi, nəzərdə tutulur. Bu isə gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsini təmin edəcək.

Məlumat üçün bildiririk ki, əsası 1992-ci ildə qoyulmuş Muğla Sıtkı Koçman Universitetində 44000 tələbə təhsil alır. 4 institut, 47 araşdırma mərkəzinin fəaliyyət göstərdiyi Universitetdə 21 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024