BDU tələbələrinin “Atəşgah Sığorta”nın rəhbərliyi ilə görüşü təşkil olunub
05/10/2018
BDU-da Karyera, Praktika və Məzunlarla Əlaqə Mərkəzinin təşəbbüsü ilə “Atəşgah Sığorta”nın rəhbərliyinin Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin tələbələrilə görüşü olub. Görüşdə “Atəşgah Sığorta”nın İdarə Heyətinin sədr müavini Fuad İsmayılov, İnsan Resursları üzrə aparıcı mütəxəssis Zarina Qurbanova və Pərakəndə Satış İdarəsinin rəisi Rüfət Ağazadə çıxış ediblər.
Şirkət və işə qəbul haqqında məlumatlar verilib və tələbələrin CV-ləri qəbul olunub.
Qeyd edək ki, tədbirdə adıçəkilən fakültələrin müvafiq olaraq riyaziyyat və kompüter elmləri ixtisasları üzrə rus bölməsi magistrantları və buraxılış kurslarında təhsil alan bakalavrlar iştirak ediblər.
Mətbuat və informasiya şöbəsi, 05 oktyabr 2018-ci il.
Xəbərlər
BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb
BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb
Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb
BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb
