BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

13/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, Tarix fakültəsinin məzunu Elşən Salayevin məzarı ziyarət olunub.

Ziyarətdə BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə, Tarix fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Elnur Əbilov və Komitənin fəal üzvləri iştirak ediblər.

Qeyd edək ki, Elşən Salayev 2015–2019-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Vətən müharibəsi başlayanda minlərlə gənc kimi Elşən Salayev də torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qatılıb. O, Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Elşən Salayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.



Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026