BDU və Ankara Universiteti biotexnologiyanın qida təhlükəsizliyi və tibb sahəsində tətbiqi üzrə birgə fəaliyyət göstərəcək

29/08/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Ankara Universitetinin Texnoparkının Kənd təsərrüfatı, heyvandarlıq və qida mərkəzində görülən işlərlə tanış olub.

Görüşdə Ankara Universitetinin Texnoparkının iş prinsipləri, sənaye müəssisələri ilə universitetlərin əməkdaşlıq modelləri, elmi nailiyyətlərin sənayedə tətbiqi, sənayedə mövcud olan texniki problemlərin həllinə istiqamətlənmiş elmi praktiki tədqiqatların universitetlərdə həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Qeyd olunub ki, Ankara Universitetinin Texnoparkında sağlamlıq sahəsində tematik strukturlaşmaya dair işlər aparılır. Kənd təsərrüfatı, heyvandarlıq və qida mərkəzi yeni ideya və texnologiyalar istehsal edir. Bu laboratoriyalar tematik sahələrə xas olan konsepsiyanın yoxlanılması mərhələsi - sınaqları üçün platformadır. Laboratoriyalarda həmçinin sertifikatlaşdırma üçün akkreditə olunmuş sınaq və təhlil xidmətləri təqdim olunur.

Kənd təsərrüfatı, heyvandarlıq və qida sektorlarında aparılacaq genom tədqiqatları üçün lazımi infrastrukturu təmin etməsi sayəsində qabaqcıl sahibkarlar tərəfindən seçim ediləcək qurum olan Mərkəz Ankara Universitetində bu sektorlara xas inkubasiya proqramı hazırlayır və həyata keçirir.

Ankara Universiteti və BDU arasında biotexnologiyanın kənd təsərrüfatı, qida təhlükəsizliyi və tibb sahəsində tətbiqi istiqamətində birgə fəaliyyətin təşkil edilməsi barədə ilkin razılıq əldə olunub.

Hazırda Ankara Universitetinin nəzdində olan texnoparklarda fəaliyyət göstərən biotexnologiya şirkətləri ilə əməkdaşlıq modelləri üzərində fikir mübadiləsi aparılıb. BDU-nun akademik heyətinin həmin biotexnologiya şirkətlərində praktiki təlimlərdə iştirakı, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinə biotexnologiya şirkətləri və bu sahədə fəaliyyət göstərən akademik heyətin cəlb edilməsi müzakirə edilib.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024