BDU-nun tələbələri Şəhidlər xiyabanını ziyarət edib

27/09/2021

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) üzvləri 27 Sentyabr - Anım günündə Şəhidlər xiyabanını ziyarət edib.

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Şəhidlərimizin unudulmaz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

BDU tələbələri ziyarət zamanı çıxış edərək Vətən müharibəsindən keçən müddətdə müntəzəm olaraq Şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdlərinin keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayıblar. Vətən müharibəsindən və bu müharibədə rəşadət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgər və zabitlərindən, bütövlükdə xalqımızın əzm və iradəsindən, birlik və həmrəyliyindən, düşmən üzərində sarsıdıcı qələbədən danışılıb. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə rəşadətlə döyüşərək əzəli torpaqlarımızın işğaldan azad etdiyi, ölkəmizin ərazi bütövlüyün təmin olunduğu qürurla qeyd olunub.

Xəbərlər

Bu gün görkəmli alim, akademik Rəfiqə Əliyevanın anım günüdür

Bu gün görkəmli alim, akademik Rəfiqə Əliyevanın anım günüdür
06/05/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin RFO-da tarixi uğuru: 3 qızıl, 4 gümüş, 4 bürünc medal

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin RFO-da tarixi uğuru: 3 qızıl, 4 gümüş, 4 bürünc medal
06/05/2026

BDU tələbələri “Azerbaijan International Mining Company Limited” şirkətində istehsalat təcrübəsində

BDU tələbələri “Azerbaijan International Mining Company Limited” şirkətində istehsalat təcrübəsində
06/05/2026