BDU-nun təsis etdiyi elmi jurnal BMT-nin AGRIS beynəlxalq bazasına daxil edilib

21/02/2024

Bakı Dövlət Universitetinin (BDU) təsis etdiyi “Acta Botanica Caucasica” jurnalı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Aqrar Elm və Texnologiya üzrə Beynəlxalq Sistemində (AGRIS) indeksləşdirilib və xüsusi identifikasiya kodu alıb.

Jurnal BDU-nun Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Qurbanovun baş redaktorluğu ilə nəşr olunur.

AGRIS kənd təsərrüfatı elmi və texnologiyası üzrə 12 milyondan çox strukturlaşdırılmış biblioqrafik qeydləri olan qlobal ictimai məlumat bazası olub, biologiya və aqrar elmlər sahəsində dünyanın əsas informasiya bazalarından biri sayılır. 1974-cü ildən fəaliyyət göstərən AGRIS-ə 65 ölkədən 150-dən çox iştirakçı qurum, akademik institut, nəşriyyat, dövlət orqanı, milli və beynəlxalq təşkilat tərəfindən informasiyalar daxil edilir. AGRIS-in imkanlarından dünya üzrə 400 mindən çox tədqiqatçı və mütəxəssis istifadə edir.  AGRIS axtarış sistemi alimlərə, tədqiqatçı və tələbələrə AGROVOC bazasından, xüsusi jurnal başlıqlarından və ya ölkələrin, qurumların və müəlliflərin adlarından, açar sözlərdən istifadə edərək mürəkkəb axtarışlar aparmağa imkan verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası biologiya və aqrar elmlər sahəsi üzrə AGRIS bazasını beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalar) aid edir və bu bazada indeksləşən jurnallarda çıxan məqalələr beynəlxalq məqalə kimi qəbul olunur.

Ətraflı məlumatı aşağıdakı linklərdən almaq mümkündür:

https://www.fao.org/agris/data-provider/baku-state-university

https://www.fao.org/agris/?fbclid=IwAR2KPvwWLaM3PYGCEHbC_op9qqgFxxj7vrOIQFT3HIuRUgbqzytjMUz_v-0


Xəbərlər

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov
17/12/2025

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək
17/12/2025

BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib

BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib
17/12/2025