“Üç nöqtə” adlı radiotamaşa təqdim olunub

26/02/2020

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Üç nöqtə” adlı radiotamaşa təqdim olunub. Fakültənin III kurs tələbələrinin hazırladığı tamaşada 1990-1992-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Ermənistan silahlı qüvvələri tərəfindən edilən işğalçı hücumlar, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları və törətdikləri faciələr öz əksini tapıb. Həmin illərdə Azərbaycanın yaşadığı qanlı-qadalı günlərdən bəhs edən radiotamaşa Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Natəvan Dəmirçioğlunun rəhbərliyi ilə hazırlanıb. Radiotamaşada həmçinin Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən 20 Yanvar faciəsi haqqında məlumatlara da yer verilib.

Fakültənin dekan müavini Samir Mirzəyev tədbiri giriş sözü ilə açaraq fakültənin professor-müəllim heyəti və tələbələrə radiotamaşa haqqında məlumat verib. 
Daha sonra radiotamaşa təqdim edilib.

Sonda Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Yeni media və kommunikasiya kafedrasının müdiri, professor Cahangir Məmmmədli, dekan müavini Könül Niftəliyeva, fənn müəllimi N.Dəmirçioğlu, Tədris teleradio studiyasının müdiri Ramin Rzayev radiotamaşa haqqında fikirlərini bildiriblər.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
06/06/2026

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026