Abay mərkəzində “Qız Cibək” dastanının Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib

10/11/2016

Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzində qazax folklorunun məşhur “Qız Cibək” dastanının Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib. Bu əsər ana dilimizə türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Ramiz Əskər tərəfindən tərcümə edilib. Tədbir zamanı alimin Astana səfərini əks etdirən foto sərgi, “Qız Cibək” dastanının Azərbaycan və qazax dillərindəki nümunələri, qazax ədəbiyyatı haqqında ölkəmizdə yazılan bir çox kitablar nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Ramiz Əskər oktyabrın 26-da bu kitabın L.Qumilyov adına Avrasiya universitetində keçirilən təqdimatı haqqında məlumat verib. Astanada universitetin qazax filologiyası kafedrasında professor, müəllim və tələbələrin iştirakı ilə təşkil edilən təqdimat mərasimində kitabın məziyyətlərindən söz açılıb, birbaşa orijinaldan tərcümənin əhəmiyyəti haqqında danışılıb. Qazaxıstan Elmlər Akademiyasının həqiqi üzvü Seyid Kaskabasov, professor Şakir İbrayev, dosent Kayırbek Kemenger və başqaları bu tərcümənin Azərbaycan-qazax ədəbi əlaqələrində mühüm rol oynadığını xüsusi vurğulayıblar.
Astana televiziyasının canlı yayımına çıxan Ramiz Əskər Bakı Dövlət Universitetində qazax ədəbiyyatının tədrisindən, Abay mərkəzinin fəaliyyətindən və L.Qumilyov adına Avrasiya Universitetindəki Heydər Əliyev Mərkəzinin gördüyü işlərdən söz açıb.
Azərbaycan alimi qazax ədəbiyyatının bir çox nümunələrinin orijinaldan deyil, rus dilindən tərcümə edildiyini göstərərək bu yanlışlığın düzəldilməsi zərurətinə toxunub. Onun dediyinə görə, yaxın vaxtlarda Abay poeziyasının qazax dilindən yeni tərcümələri gündəliyə gələcək.
Təqdimat mərasimində çıxış edən professor-müəllim heyəti əsərlə bağlı fikirlərini bölüşüb, alimə uğurlar arzulayıblar.

Mətbuat və informasiya şöbəsi, 10 noyabr 2016-cı il

Xəbərlər

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi beynəlxalq olimpiadada bürünc medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi beynəlxalq olimpiadada bürünc medal qazanıb
25/06/2026