Abay Mərkəzinin rəhbəri beynəlxalq konfransda iştirak edib

30/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti və BDU nəzdində fəaliyyət göstərən Abay Mərkəzinin rəhbəri Fatima Dursunova beynəlxalq konfransda iştirak edib. Böyük qazax şairi, mütəfəkkir Abay Kunanbayevin 175 illik və görkəmli türk alimi, filosof Əbu Nəsr Əl-Fərabinin 1150 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans Qazaxıstan Respublikasının Türkmənistandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Konfransın plenar iclasında Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin (KazNU) professoru Jagıpbek Altay, KazNU-nun Fəlsəfə kafedrasının müdiri Asset Kuranbek, BDU-nun dosenti F.Dursunova və Beynəlxalq Türk Akademiyasının baş mütəxəssisi Akedil Toyşanulı məruzə ilə çıxış ediblər.

BDU-nun dosenti F.Dursunova "Abay irsinin Azərbaycanda tədqiqi məsələləri" mövzusunda məruzə ilə çıxış edib, türk dünyasının böyük yazıçı haqqında aparılan araşdırmalar, tədqiqat işlərindən bəhs edib, BDU-da fəaliyyət göstərən Abay Mərkəzinin fəaliyyətinə diqqət çəkib.

Konfransda həmçinin "Aristoteldən sonra ikinci müəllim" hesab olunan Əl-Farabinin həyat və yaradıcılığının, müxtəlif elm sahələrindəki əsərlərinin yalnız türk xalqlarının deyil, bütün dünya irsinə çevrildiyini qeyd edilib. Abay Kunanbayevin qazax mədəniyyəti və fəlsəfəsinin inkişafındakı müstəsna rolundan da ətraflı bəhs edilib, onun yaradıcılıq yolu, əsərlərinin müxtəlifliyi müzakirə olunub.

 

Xəbərlər

BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib

BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib
21/05/2026

BDU tələbələri üçün təlim: “Biznesdən ticarətə: satınalma necə işləyir?”

BDU tələbələri üçün təlim: “Biznesdən ticarətə: satınalma necə işləyir?”
20/05/2026

BDU-da elmi seminar: “Məktəb kitabxanaları və informasiya savadlılığı”

BDU-da elmi seminar: “Məktəb kitabxanaları və informasiya savadlılığı”
20/05/2026