Abbas Zamanovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib

14/11/2011

Bakı Dövlət Universitetində görkəmli alim Abbas Zamanovun anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə qeyd edilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Abbas Zamanovun həyatının böyük bir hissəsinin Bakı Dövlət Universiteti ilə bağlı olduğunu deyib. Rektorun sözlərindən o da məlum olub ki, Abbas Zamanov olduqca maraqlı bir həyat yolu keçib. Akademik onu da qeyd edib ki, o, təkcə Azərbaycan elminin inkişafında xidmətləri olan və zəngin yaradıcılığa malik bir alim kimi deyil, eyni zamanda cəsarətli, güclü vətəndaş mövqeyi olan bir şəxsiyyət kimi də hər zaman xatırlanır. Daha sonra Abbas Zamanovun elmi yaradıcılığından, ədəbi-bədii fəaliyyətindən danışan Qara Namazov çıxışını böyük alimlə bağlı xatirələri ilə yekunlaşdırıb. Professorlar Pənah Xəlilov, Tofiq Hacıyev, Qəzənfər Paşayev, millət vəkili Elmira Axundova çıxış edərək Abbas Zamanov haqqında xatirələrini dilə gətiriblər. Tədbirin sonunda çıxış edən Abbas Zamanovun nəvəsi Rəşad Rzayev ailəsi adından Prezident İlham Əliyevə, rektor Abel Məhərrəmova və yubileyin təşkilatçılarına öz minnətdarlığını bildirib.


Mətbuat və İnformasiya şöbəsi, 14 noyabr, 2011-ci il.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür
24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək
24/06/2026