Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

20/09/2019

İtaliyanın Triest şəhərində yerləşən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) direktoru, elementar zərrəciklər və yüksək enerjilər fizikası sahəsində tanınmış nəzəriyyəçi-alim, Kembric Universitetinin professoru Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə  gəlib. Səfərin əsas məqsədi Bakı Dövlət Universiteti ilə Beynəlxalq Nəzəri Fizika Mərkəzi arasında sıx elmi əlaqələrin qurulması, müxtəlif elm sahələrində, xüsusilə də fizika və riyaziyyatın nəzəri və tətbiqi məsələləri üzrə birgə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması, ikitərəfli əməkdaşlıq çərçivəsində magistrlar, gənc alim və tədqiqatçılar üçün daha geniş auditoriyanı əhatə edəcək beynəlxalq layihələrin və proqramların təşkili imkanlarının müzakirəsidir. Bu məqsədlə iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu rektor Elçin Babayev və Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru Fernando Quevedo imzalayıb, onun əhəmiyyətini qeyd ediblər. AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov memorandumun hər iki tərəfə faydalı olacağına əminliyini ifadə edib.

Bakı Dövlət Universiteti vahid elmi-texniki siyasəti formalaşdırmaq, bu siyasət çərçivəsində müxtəlif elm sahələrində elmi-texniki nailiyyətlərin, qabaqcıl təcrübənin və yeni texnologiyanın öyrənilməsi və onların tətbiq edilməsi üçün bir çox beynəlxalq təşkilatlarla davamlı olaraq əməkdaşlıq edir. Universitet ölkədə elm və təhsil sahəsində nüfuzlu beynəlxalq təşkilatların təşəbbüslərini daim dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini prioritet hesab edir. Bu baxımdan imzalanan memorandum çərçivəsində nəzəri və tətbiqi fizika, riyaziyyat, fənlərarası tədqiqatlar sahəsində dünya elminin ən mühüm istiqamətləri üzrə Bakı Dövlət Universitetinin elmi potensialının gücləndirməsinə və bu yolla Universitetin dünya elmində yüksək səviyyələrdə mövqeləndirilməsini təmin edilməsinə imkan yaradan zəruri tədbirləri həyata keçirmək, gənclərin dünyanın elmi inkişaf mühitinə inteqrasiya edilməsini və innovativ düşüncə və rəqabətədavamlı biliyə yiyələnmələrini təmin etmək üçün beynəlxalq ixtisasartırma və mübadilə proqramlarında iştirakına şərait yaratmaq, müxtəlif səviyyələrdə birgə elmi tədbirlərin, o cümlədən elmi-praktiki toplantıların, konfransların, seminarların və digər elmi tədbirlərin təşkili, keçirilməsi, dəstəklənməsi barədə razılığa gəlinib.


20 sentyabr 2019

KIV-də yayımlananlar

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024