Abel Məhərrəmov Argentinanın Elmi və Texniki Araşdırmalar üzrə Milli Şurasının Prezidentini qəbul edib

19/10/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Argentinanın Elmi və Texniki Araşdırmalar üzrə Milli Şurasının Prezidenti xanım Marta Roviranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xanım Marta Rovira rəhbərlik etdiyi qurum haqqında danışıb. Onun sözlərindən məlum olub ki, qurumun əsas fəaliyyət istiqamətlərinə Argentinada elm və texnologiyanın inkişaf etdirilməsi məqsədi ilə bu sahələrdə aparılan araşdırmaların maliyyələşdirilməsi, tədqiqat layihələrinə subsidiyaların verilməsi, digər ölkələrin institutları ilə elm-texnologiya sahələrində əməkdaşlığın təşviqi, universitet məzunlarının bacarıqlarının artırılması, onların elmi tədqiqatlara cəlb olunması, dövlət və özəl universitetlərdə laboratoriyalar və tədqiqat mərkəzlərinin yaradılması daxildir. Xanım Marta Rovira Azərbaycan Milli Elmlər Akademiyasında da olduğunu, struktur baxımından təmsil etdiyi şura ilə oxşar olduğunu bildirib.

BDU haqqında qonaqlara məlumat verən rektor, akademik Abel Məhərrəmov dünyada elmi tədqiqatların aparılmasında metodologiyanın fərqli, strategiyanın eyni olduğunu vurğulayıb. Eyni zamanda, Argentinanın Elmi və Texniki Araşdırmalar üzrə Milli Şurası ilə nanotexnologiya, innovasiya sahələrində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. BDU-nun Nanotexnologiya Mərkəzi, İmmunologiya, Kimya, Nüvə-maqnit rezonans laboratoriyaları, Elektron monitorinq mərkəzi ilə tanış olan qonaqlar Azərbaycan təhsilinin və elminin flaqmanından xoş təəssüratlarla ayrılıblar.

Mətbuat və informasiya şöbəsi, 19 oktyabr 2011-ci il.

Xəbərlər

Oyanış, bərəkət və birlik bayramı

Oyanış, bərəkət və birlik bayramı
20/03/2023

BDU-nun Kimya fakültəsində “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” adlı tədbir

BDU-nun Kimya fakültəsində “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” adlı tədbir
17/03/2023

ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti BDU-da maarifləndirici görüş keçirib

ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti BDU-da maarifləndirici görüş keçirib
17/03/2023