Abel Məhərrəmov Cahangir Məmmədlini təbrik edib

25/01/2012

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlini anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi münasibətilə təbrik edib.
Cahangir Məmmədlini Azərbaycan milli jurnalistika elmi məktəbinin görkəmli nümayəndəsi, ali jurnalistika təhsilinin təşkilatçısı, görkəmli elm, təhsil və mədəniyyət xadimi kimi xarakterizə edən Abel Məhərrəmov deyib ki, Cahangir müəllim uzun illər boyu elmin və təhsilin tərəqqisinə çalışıb, onun milli koloritlərini zənginləşdirərək beynəlxalq nüfuzunu yüksəldib, xalqımızın adını daim uca tutub. Rektorun sözlərindən məlum olub ki, professorun səmərəli elmi-pedaqoji və ictimai-mədəni fəaliyyəti həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş şöhrət qazanıb. Rektor əlavə edib ki, 45 ildən artıq ki, mətbuat tarixi, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi problemləri ilə məşğul olmuş, jurnalistika məsələlərinə dair sanballı tədqiqat əsərlərinin, çoxsaylı məqalələrin müəllifi kimi tanınmış Cahangir müəllim müasir Azərbaycan peşəkar jurnalistikası konsepsiyasının əsaslarının formalaşdırılmasında, bununla da bu elmin inkişafında və böyük bir jurnalistlər nəslinin yetişməsində müstəsna xidmətlər göstərib. Rektor deyib ki, Cahangir Məmmədlinin vətən və cəmiyyət, elm, mədəniyyət və təhsilin inkişafındakı böyük xidmətləri universitet kollektivində nüfuzunuzu yüksəldib, həm də hər zaman dövlətimizin diqqətində olub.
Jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə də Cahangir müəllim haqqında xoş xatirələrini bölüşüb. Qeyd edib, Cahangir müəllim böyük mütəxəssis, həyatını jurnalistika fakültəsinə, ümumən universitetə bağlayan böyük alim, tanınmış ictimai xadimdir.
Ona göstərilən diqqət və qayğıdan məmnun olduğun söyləyən Cahangir müəllim təbiət etibarilə kövrək insan olduğunu və bu günün onun həyatında silinməz iz qoyacağını deyib. Fəaliyyətinin ən qaynar çağının Abel Məhərrəmovun rektorluq dövrünə təsadüf etdiyinin deyən professor bundan qürur duyduğunu söyləyib. Abel müəllimin universitet ziyalılarına diqqət və qayğısından, onların yubileylərinin davamlı şəkildə keçirməsindən danışan C.Məmmədli bildirib ki, işlərinin çoxluğuna baxmayaraq, Abel müəllimin hər bir ziyalıya fərdi yanaşması və diqqətdə saxlamasının kökündə onlara olan məhəbbət, hörmət, istək dayanır. Universitetin köhnə cəftəsinin belə onun üçün müqəddəs olduğunu deyən yubilyar ona göstərilən diqqətə görə Abel müəllimə təşəkkür edib.
Akademik Abel Məhərrəmov sonda bildirib ki, Cahangir müəllim kimi ziyalıların mövcudluğu Bakı Dövlət Universitetinin nüfuzunu yüksəltməklə bərabər gənc nəsildə məsuliyyət hissini bir qədər də artırır, onlarda vətənə və xalqa sədaqətlə təmənnasız xidmət etmək hisslərini inkişaf etdirir.

Mətbuat və informasiya şöbəsi, 25 yanvar 2012-ci il

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024