Abel Məhərrəmov Hacettepe Universitetinin professorunu qəbul edib

16/01/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Hacettepe Universitetinin Polimer Kimya kafedrasının professoru Olgun Güveni qəbul edib.

Tanınmış alimin BDU-ya gəlişindən məmnunluq duyduğunu deyən rektor, universitetin tarixi, beynəlxalq əlaqələri barədə danışıb. BDU ilə tanışlığın onda xoş təəssürat yaratdığını deyən Olgun Guven təmsil etdiyi universitetin BDU ilə əməkdaşlıqda, birgə proqram və layihələrin reallaşmasında maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə Kimyaçılar Cəmiyyətinin, Tətbiqi Kimya uzər Beynəlxalq Mərkəzin (İngiltərə), Amerika Kimyaçılar Cəmiyyətinin və Türkiyə Elmlər Akademiyasının üzvü olan Olgun Guven Kimya fakültəsində «İonlaşdırıcı radiasiya: nanomaterialların alınmasında universal vasitələr, metal nanoklaster, nanogellər, iondaşıyıcı membranlar» adlı mühazirə oxuyacaq, BDU-nun işçi qrupu ilə müzakirələr aparacaq.

Mətbuat və İnformasiya şöbəsi, 16 yanvar 2012-ci il.

 


Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
02/11/2026