Abel Məhərrəmov İordaniyanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Baş katibini qəbul edib

25/11/2011

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İordaniyanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Baş katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mustafa əl-Advanı qəbul edib. Görüşdə İordaniyanın Azərbaycandakı səfiri Adil Məhəmməd Adayla da iştirak edib.

Rektor BDU haqqında qonaqlara məlumat verib, əsasən beynəlxalq əlaqələrindən danışıb. Mustafa əl-Advanı səfərinin məqsədinin Azərbaycanda ali təhsilin səviyyəsinin öyrənmək olduğunu açıqlayaraq, İordaniya Universitetinin BDU ilə əməkdaşlığa səmərəli nəticələr verəcəyini qeyd edib, xüsusən də nanotexnologiyalar sahəsində əməkdaşlığı vurğulayıb. Tərəflər tədqiqatçı, tələbə və müəllimlərin mübadiləsi, birgə layihə və proqramlarda iştirakı nəzərdə tutan memorandumun hazırlanması barədə razılığa gəliblər. Qonaqlar BDU-nun Nanotexnologiya Laboratoriyasında və digər elmi mərkəzlərində olublar.

Mətbuat və informasiya şöbəsi, 25 noyabr 2011-ci il.

Xəbərlər

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib
30/06/2025

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb
30/06/2025

BDU-nun komandası intellektual oyunun qalibi olub

BDU-nun komandası intellektual oyunun qalibi olub
28/06/2025