Abel Məhərrəmov İsveçrənin Respublikasının Bakıdakı səfiri ilə görüşüb

21/06/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İsveçrənin Azərbaycandakı səfiri xanım Sabine Ulmann Şaban ilə görüşüb. Bakı Dövlət Universiteti kimi qabaqcıl təhsil ocağında olmağından qürur hissi duyduğunu deyən səfir universitetin Azərbaycanın ilk ali təhsil ocağı olduğunu xüsusilə vurğulayıb. Öz növbəsində səfir Ulmanın BDU-ya gəlişindən məmnunluq duyduğunu deyən rektor, akademik Abel Məhərrəmov, universitetin tarixi, beynəlxalq əlaqələri barədə danışıb. Müxtəlif ixtisas üzrə təhsil alan tələbələrin İsveçdə təcrübə keçmələrinin səmərəli nəticə verəcəyini və səfirin bu istiqamətdə dəstək olacağına əminliyini ifadə edib. BDU ilə tanışlığın onda xoş təəssürat yaratdığını deyən səfir təmsil etdiyi ölkənin BDU iləəməkdaşlıqda, birgə proqram və layihələrin reallaşmasında maraqlı olduğunu bildirib. Görüşdə yeni innovasiyalar üzrə elmi istiqamətlərlə bağlıəməkdaşlıq və bir sıra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. BDU ilə yaxından tanış olan nümayəndə heyəti xoş təəssüratlarla ayrılıb.

Mətbuat vəİnformasiya şöbəsi, 21 iyun 2012-ci il.

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026