Abituriyentlər BDU-da təhsil imkanları barədə məlumatlandırılıb

01/08/2025

Bakı Dövlət Universitetinin (BDU) tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisi çərçivəsində abituriyentlərə təlim keçib.

Təlimdə BDU-nun prorektoru Universitetin son illərdə beynəlxalq reytinq sıralamalarında Cənubi Qafqazda birinci olduğunu diqqətə çatdırıb. Bu, tədrisin və elmi tədqiqatların keyfiyyətinin artırılması ilə birbaşa bağlı olan göstəricidir. Bildirib ki, BDU ölkənin əmək bazarı üçün ixtisaslı kadrların hazırlanması işini yüksək peşəkarlıqla həyata keçirir. İxtisas seçimi zamanı belə məsələlərə diqqət etmək önəmlidir. BDU ailəsinin üzvünə çevrilmək istəyən gənclərə tədrisin, elmin, tədqiqatın və sosial həyatın hər bir sahəsində şərait yaradılır. Bununla bərabər, Universitetin maddi-texniki bazası da ildən-ilə inkişaf etdirilir, elmi-tədqiqat və tədris laboratoriyaları ən son texnologiyalarla təchiz olunur.

Sonda Fərda İmanov abituriyent və valideynlərin suallarını cavablandırıb.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026