Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq

04/08/2025

25 mindən çox təhsilalanı özündə birləşdirən Bakı Dövlət Universiteti (BDU) 16 fakültə, 119 kafedra, SABAH Mərkəzi, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş 5 elmi-tədqiqat mərkəzi və 22 elmi-tədqiqat laboratoriyası, 24 tədris laboratoriyası,  2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 4 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının genişləndirilməsində mühüm rol oynayır.

Son illər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, “You Will Speak” Dil Mərkəzi, “Eko Məkan”, “Tələbə məkanı”nın fəaliyyətə başlaması, “Code Academy” layihəsi çərçivəsində ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqlarını artırmaları üçün şəraitin yaradılması tələbələrdə elmə və təhsilə daha böyük maraq yaradır.

BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün mühüm addımlar atılır. BDU ilə İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), Çin Xalq Respublikasının Anhui Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti və L.N.Qumilyov adına Avrasiya Milli Universiteti kimi nüfuzlu universitetlər arasında bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində ikili diplom proqramları həyata keçirilir.

Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. BDU-nun bakalavriat səviyyəsində 2025/2026-cı tədris ili üzrə “Xüsusi pedaqogika” ixtisası açılıb. İxtisas Sosial elmlər və psixologiya fakültəsində tədris olunacaq.

Əziz abituriyentlər, sizi elmin sirlərinə BDU-da yiyələnməyə, BDU ailəsinin üzvü olmağa dəvət edirik!

BDU-da 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslar:

 

Geologiya fakültəsi

  • 6005006 – Geologiya
  • 6006010 - Geologiya və geofizika mühəndisliyi
  • 6006033 - Mədən mühəndisliyi
  • 6006030 - Meliorasiya mühəndisliyi

 

Coğrafiya fakültəsi

  • 6005003 – Coğrafiya
  • 6001003 - Coğrafiya müəllimliyi
  • 6006011 - Geomatika və geodeziya mühəndisliyi
  • 6005007 – Hidrometeorologiya
  • 6008008 - Turizm işinin təşkili

 

Ekologiya və torpaqşünaslıq fakültəsi

  • 6005004 – Ekologiya
  • 6007008 - Torpaqşünaslıq və aqrokimya
  • 6007009 - Yerquruluşu və daşınmaz əmlakın kadastrı
  • 6006007 - Ekologiya mühəndisliyi

 

Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

  • 6005009 - Kompüter elmləri
  • 6001010 - İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi
  • 6006017 - İnformasiya təhlükəsizliyi

 

Mexanika-riyaziyyat fakültəsi

  • 6005011 – Riyaziyyat
  • 6001015 - Riyaziyyat müəllimliyi
  • 6005010 - Mexanika

 

Fizika fakültəsi

  • 6005005 – Fizika
  • 6001005 - Fizika müəllimliyi
  • 6006034 - Mühəndis fizikası

 

Kimya fakültəsi

  • 6005008 – Kimya
  • 6006020 - Kimya mühəndisliyi
  • 6001011 - Kimya müəllimliyi

 

Biologiya fakültəsi

  • 6005001 – Biologiya
  • 6001002 - Biologiya müəllimliyi
  • 6005013 - Su bioehtiyatları və akvakultura
  • 6005002 – Biotexnologiya
  • 6007005 - Bitki mühafizəsi
  • 6006023 - Qida mühəndisliyi

 

Hüquq fakültəsi

  • 6002007 - Hüquqşünaslıq

 

Jurnalistika fakültəsi

  • 6002009 - Jurnalistika

 

Filologiya fakültəsi

  • 6001001 - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  • 6001004 - Dil və ədəbiyyat müəllimliyı (rus dili və ədəbiyyatı üzrə)
  • 6002006 - Filologiya (alman dili və ədəbiyyatı)
  • 6002006 - Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
  • 6002006 - Filologiya (fransız dili və ədəbiyyatı)
  • 6002006 - Filologiya (ingilis dili və ədəbiyyatı)
  • 6002006 - Filologiya (rus dili və ədəbiyyatı)

 

Sosial elmlər və psixologiya fakültəsi

  • 6002013 – Psixologiya
  • 6002015 – Sosiologiya
  • 6008006 - Sosial iş
  • 6002005 - Fəlsəfə
  • 6001021 - Təhsildə sosial-psixoloji xidmət
  • 6001008 - Xüsusi pedaqogika

 

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

  • 6002001 - Beynəlxalq münasibətlər
  • 6002004 - Dövlət və ictimai münasibətlər
  • 6002012 – Politologiya
  • 6004004 – İqtisadiyyat
  • 6004001 - Beynəlxalq ticarət və logistika
  • 6004005 - Maliyyə
  • 6004002 - Biznesin idarə edilməsi
  • 6004007 – Menecment
  • 6005012 - Statistika

 

Tarix fakültəsi

  • 6002016 – Tarix
  • 6001018 - Tarix müəllimliyi
  • 6002014 - Regionşünaslıq (Qafqaz ölkələri üzrə)
  • 6002014 - Regionşünaslıq (Amerika üzrə)

 

İnformasiya və sənəd menecmenti fakültəsi

  • 6002010 - Kitabxanaçılıq və informasiya fəaliyyəti
  • 6003012 - Muzey, arxiv işi və abidələrin qorunması

 

Şərqşünaslıq fakültəsi

  • 6002006 - Filologiya (ərəb dili və ədəbiyyatı)
  • 6002006 - Filologiya (fars dili və ədəbiyyatı)
  • 6002006 - Filologiya (türk dili və ədəbiyyatı)
  • 6002006 - Filologiya (Çin dili və ədəbiyyatı)
  • 6002014 - Regionşünaslıq (Çin üzrə)
  • 6002014 - Regionşünaslıq (ərəb ölkələri üzrə)
  • 6002014 - Regionşünaslıq (İran üzrə)
  • 6002014 - Regionşünaslıq (İsrail üzrə)
  • 6002014 - Regionşünaslıq (Koreya üzrə)
  • 6002014 - Regionşünaslıq (Pakistan üzrə)
  • 6002014 - Regionşünaslıq (Türkiyə üzrə)
  • 6002014 - Regionşünaslıq (Yaponiya üzrə)
  • 6002017 - Tərcümə (ərəb dili üzrə)
  • 6002017 - Tərcümə (fars dili üzrə)
Xəbərlər

BDU-nun Mexanika-riyaziyyat fakültəsində 3 ixtisas üzrə mütəxəssis hazırlanır

BDU-nun Mexanika-riyaziyyat fakültəsində 3 ixtisas üzrə mütəxəssis hazırlanır
06/08/2025

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri davam edir

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri davam edir
06/08/2025

“BDU könüllüləri” təşkilatının Hüquq fakültəsinin tələbələri üçün silsilə təlim proqramı davam edir

“BDU könüllüləri” təşkilatının Hüquq fakültəsinin tələbələri üçün silsilə təlim proqramı davam edir
06/08/2025