ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

14/08/2017

ABİTURİYENTLƏRİN  NƏZƏRİNƏ!

BAKI  DÖVLƏT  UNİVERSİTETİNƏ


2017/2018-ci TƏDRİS İLİNDƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏR QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN AŞAĞIDAKI  SƏNƏDLƏRİ  TƏQDİM ETMƏLİDİRLƏR:


1. Abituriyentin Bakı Dövlət Universitetinə qəbul olunması haqqında DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM-in saytından çap edilir).

2. Attestat və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli.

3. Dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olunan abituriyentlə bağlanılan müqavilə (2 nüsxədə).

4. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 nüsxədə).

5. Çağırış məntəqəsinə təhkim edilmə haqqında şəhadətnamənin əsli və surəti (oğlanlar üçün).

6. Tibbi arayış (Forma 086).

7. Fotoşəkil (Rəngli, 3x4 ölçüdə, 6 ədəd).

Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün İş nömrəsini və Şəxsi kabinetinin istifadəçi adını (FİN) təqdim etməklə mütləq elektron qeydiyyatından keçməlidir (elektron qeydiyyat BDU-nun Yeni korpusu, 1-ci mərtəbə, otaq 108-də aparılacaqdır).

Sənədlərin qəbulu avqust ayının 15-dən 25-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 900-1700–dək BDU-nun əsas binasının 1-ci mərtəbəsində keçiriləcəkdir.

*Qeyd:

Ödənişli əsaslarla BDU-ya qəbul olunmuş abituriyentlər aşağıdakı hallarda təhsil haqqının ödənilməsindən (müvafiq sənədlər təqdim etməklə) azad olunurlar:

-         Məcburi köçkün statusu olanlar;

-         Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər;

-         Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları”.

BDU-nun sənəd qəbulu komissiyası

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024