Agentlik: “Web of Science” bazasında dərc olunan elmi işlərin sayına görə ən yüksək nəticə BDU-ya aiddir

18/01/2024

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi 2020-2023-cü illər ərzində “Web of Science” beynəlxalq istinad bazasında indekslənən jurnallarda dərc olunan elmi işlərin təhlilinə əsasən, Elm və Təhsil Nazirliyinə (ETN) tabe ilk 5 universitetin göstəricilərini təqdim edib.

Qrafikdən göründüyü kimi, son 4 il üzrə ən yüksək ümumi nəticə 1232 nəşrlə Bakı Dövlət Universitetinə (BDU) aiddir.

Həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dərc olunan elmi işlərin sayına görə digər universitetlərdən əhəmiyyətli dərəcədə fərqlənib.

Bu illərdə qeyd olunan ali təhsil müəssisələrinin ümumilikdə 2746 tədqiqat işi sözügedən bazaya daxil edilib.

Xəbərlər

BDU-nun 7 tələbəsinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib

BDU-nun 7 tələbəsinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib
18/02/2025

BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib

BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib
18/02/2025

BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb

BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb
17/02/2025