Akademik Abel Məhərrəmov Coğrafiya, Tarix, Mexanika-Riyaziyyat, Tətbiqi Riyaziyyat və Kibernetika fakültələrində olub

08/01/2011

Bu gün rektor, akademik Abel Məhərrəmov Coğrafiya, Tarix, Mexanika-Riyaziyyat, Tətbiqi Riyaziyyat və Kibernetika fakültələrində olub, imtahan prosesini izləyib. Mexanika-riyaziyyat fakültəsinin Variasiya hesabı, Riyazi analiz, EHM və proqramlaşdırma fənlərindən imtahan verən I kurs tələbələri ilə söhbət edən rektor, suallarla maraqlanıb, mühazirə mənti ilə uyğunluq təşkil edib-etməməsini soruşub. Prezident təqaüdçüsü Şəhla Səmədliyə müəyyən suallar verən rektor onun və ümumən qrupun hazırlıq səviyyəsindən razılığını ifadə edib. Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin I kurs tələbələri imtahanlarının test üsulu ilə olduğunu bildirib və sualların tərtibatından razılıqlarını ifadə ediblər.

Coğrafiya fakültəsinin Geomorfologiya, İqlimşünaslıq və Meterologiya fənlərindən imtahan verən  II kurs tələbələri ilə sual-cavab da rektoru qane edib. Akademik Abel Məhərrəmov daha sonra Tarix fakültəsində olub. IV kurs tələbələri Azərbaycan tarixinin tarixşünaslığı fənnindən imtahan verdiklərini deyiblər. Tələbə Arzu Əliyevaya yaxınlaşan rektor biletə nəzərə yetirib və «Əkinçi» qəzeti ilə bağlı sual verib. Tələbə rektoru qane edəcək səviyyədə cavab verib. Digər tələbələrlə sual-cavab da rektoru razı salıb.

Akademik Abel Məhərrəmov görüşdüyü bütün tələbələrə uğurlar arzulayıb, onları biliklərinin obyektiv qiymətləndiriləcəyinə əmin edib.

Qeyd edək ki, imtahanlar yazılı (monitorinq) və test üsulu ilə keçirilir. Onu da xatırladaq ki, universitetin hər korpusunda şikayət, təklif və iradlar üçün qutular qoyulub, «Qaynar xətt» yaradılıb.

 

BDU-nun Mətbuat və İnformasiya şöbəsi

Xəbərlər

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib
12/01/2026

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026