Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub

22/12/2010

Dekabrın 12-dən 17-dək Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub. Nümayəndə heyəti səfər zamanı Koreyanın aparıcı ali təhsil ocaqlarının fəaliyyəti və buradakı texnoparklara baş çəkiblər.

Koreya Fondunun dəvəti ilə reallaşan səfər zamanı nümayəndə heyəti Seul və Daejeon şəhərlərində yerləşən 4 aparıcı ali təhsil ocağında olublar. Seul Milli Texnologiyalar Universiteti, Koreya Elm və Texnologiyalar İnstitutu, Pai Çai və Koreya Politexnik Universitetlərində olan akademik Abel Məhərrrəmov bir sıra ikitərəfli görüşlər keçirib. Görüşlərdə ali təhsil ocaqlarının rəhbərləri azərbaycanlı qonaqlara Koreya universitetlərinin fəaliyyəti haqqında məlumat verib, xüsusi təqdimatlarla çıxış ediblər. Millət vəkili, akademik Abel Məhərrəmov son illər ölkəmizin əldə etdiyi sosial-iqtisadi inkişaf, həyata keçirilən irimiqyaslı layihələr və bir çox sahələrdə olduğu kimi təhsil sahəsində aparılan islahatlar barəsdə koreyalı həmkarlarına ətraflı məlumat verib. Azərbaycanın aparıcı ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin fəaliyyətindən danışaraq, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycan təhsilinin beynəlxalq təhsil sisteminə inteqrasiyası məqsədilə dünyanın bir sıra aparıcı ali təhsil ocaqlarının təcrübəsindən yararlanmağın vacibliyini qeyd edib. Görüşlər zamanı Bakı Dövlət Universiteti ilə Koreya ali təhsil ocaqları arasında qarşılıqlı əməkdaşlıq və tələbə-müəllim mübadiləsinin özündə əks etdirən bir sıra sənədlər imzalanıb. Nümayəndə heyəti səfər çərçivəsində Koreya Universitetlərinin nəzdində fəaliyyət göstərən texnoparkların fəaliyyəti ilə yaxından tanış olublar. Bildirilib ki, universitetlərin nəzdində yerləşən texnoparklarda sənaye-texnologiya kompleksləri yaradılıb ki, bu da birbaşa təhsil prosesinin və sənayenin inkişafına yönəlib. Texnoparklarda kitabxana, laboratoriya və bir sıra elmi-tədqiqat şöbələri yaradılıb. Məqsəd tələbələrin nəzəri biliklərini istehsal prosesinə yönəltməklə onların daha yaxşı mütəxəssis olmalarına nail olmaqdır. Səfər zamanı akademik Abel Məhərrəmov Koreyada təhsil alan azərbaycanlı tələbələrlə də görüş keçirib. BDU-nun rektoru tələbələrin təhsili və qarşılaşdıqları problemlərlə maraqlanıb. Onların dinamik inkişaf edən ölkəmiz üçün yüksək səviyyəli mütəxəssis olmalarının vacibliyini bildirib. Tələbələr uzaq Koreyada təhsil almalarına baxmayaraq, hər zaman Azərbaycan dövlətinin dəstəyini hiss etdiklərini bildirblər. 6 gün davam edən səfər zamanı Koreya ali təhsil ocaqlarının fəaliyyəti ilə yaxından tanış olan BDU-nun nümayəndə heyəti bu cür səfərlərin gələcəkdə də davam etdiriləcəyini bildiriblər.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar
11/10/2024

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub
11/10/2024

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir
11/10/2024