Akademik Abel Məhərrəmov L.Qumilyov adına Avrasiya Milli Universitetinin fəxri doktoru adına layiq görülüb

12/05/2010

BDU-nun rektoru, akademik Abel Məhərrəmovun başçılıq etdiyi nümayəndə heyəti mayın 11-də Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində (AMU) Bakı Dövlət Universiteti günlərinin açılış mərasiminə qatılıb. AMU-nun professor-müəllim heyəti, tələbələr, Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri, jurnalistlərin iştirak etdiyi tədbiri Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraimov açıb. Qonaqları salamlayan rektor Azərbaycanın ən qocaman ali təhsil ocağı – Bakı Dövlət Universiteti ilə əlaqələrin daha da genişləndirilməsi, tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən akademik Abel Məhərrəmov Azərbaycan-Qazaxıstan əlaqələri, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, Prezident İlham Əliyevin gənclərin təhsili üçün yaratdığı şərait, onların dünyanın ən nüfuzlu təhsil ocaqlarına göndərilməsi və digər məsələlər haqqında danışıb, Avrasiya Milli Universiteti ilə əməkdaşlığa çox böyük önəm verdiyini bildirib.

Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov isə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafından bəhs edib, səfirliklə bu təhsil ocağı arasında yaranmış xoş münasibətlərdən danışıb.

Sonda hər iki universitet arasında elmin və təhsilin inteqrasiyası, onun intensivləşdirilməsi istiqamətində böyük xidmətlərinə görə, Avrasiya Milli Universitetinin Elmi Şurasının qərarı ilə rektor, akademik Abel Məhərrəmova həmin universitetin fəxri doktoru adı verilib, müvafiq diplom təqdim olunub. Akademik Abel Məhərrəmov AMU-nun fəxri doktoru adına layiq görülməsi münasibətilə həmkarı,  professor Baxıtcan Abdraimov başda olmaqla, bütün tədbir iştirakçılarına təşəkkür edib: «Söz verirəm ki, mənə göstərilən bu yüksək etimadı doğruldacaq, gələcəkdə təkcə universitetlərarası yox, ölkələrimiz arasında da dostluq, qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Ölkələrimiz və xalqlarımızın gələcək inkişafı dünyəvi və regional problemlərimizin birgə həllindən asılıdır. Siyasi, iqtisadi və intellektual kapitalımızı birləşdirməklə xalqlarımızın rifahı naminə qarşımıza çıxan bütün maneələri dəf edə bilərik. İnanıram ki, xalqlarımız gələcəkdə də dostluq əlaqələrini qoruyub saxlaya biləcəklər».

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

Dövlətə və xalqa xidmət, sevgi simvolu

Dövlətə və xalqa xidmət, sevgi simvolu
10/05/2024

BDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə kitab sərgisi

BDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə kitab sərgisi
10/05/2024

BDU-da “Qafqazdan dünyaya doğan günəş” adlı tədbir

BDU-da “Qafqazdan dünyaya doğan günəş” adlı tədbir
10/05/2024