Akademik Bəhram Əsgərovun barelyefinin açılışı olub

05/10/2015

Bakı Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, Əməkdar Elm xadimi, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Əsgərovun 1971-ci ildə yaratdığı və ömrünün sonuna qədər rəhbərlik etdiyi "Bərk cisimlər fizikası" kafedrasının önündə anadan olmasının 82-ci ildönümü münasibətilə barelyefinin açılışı olub.

Universitetin rektoru, akademik Abel Məhərrəmov Bəhram Əsgərovun mənalı həyat yolu və elmi fəaliyyətindən danışıb. Bildirib ki, 1933-cü ildə anadan olan Bəhram müəllim 1952-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olub. Universitetdə təhsil aldığı müddətdə adlı təqaüdçü olub. Aspirantura təhsilini SSRİ Elmlər Akademiyası Yarımkeçiricilər İnstitutunda alıb. Bu İnstitutda o, professor A.İ.Anselmin rəhbərliyi altında mükəmməl elmi məktəb keçib, bərk cisimlər nəzəriyyəsinin aktual problemləri - metallar və yarımkeçiricilərdə termomaqnit effektlərin kvant nəzəriyyəsi ilə məşğul olub.  1966-cı ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin "Molekulyar fizika" kafedrasında işə başlayıb. 1971-ci ildə "Bərk cisimlər fizikası" kafedrasını yaradıb, 1972-ci ildə kafedranın professoru olub və rəhmətə gedənə qədər kafedranın əvəzsiz rəhbəri olub.

Bəhram Əsgərovun əsərləri, elmi araşdırmaları barədə məlumat verən rektor bildirib ki, onun bir sıra işləri daha mürəkkəb dispersiya qanunlu, yəni real enerji spektrli yarımkeçiricilərdəki kinetik effektlərin klassik nəzəriyyəsinə həsr olunub.

Rektor deyib ki, Bəhram müəllim adını elm və təhsil tarixinə qızıl hərflərlə yazıb və həyatını elmə həsr edib.

Tədbirdə akademik Bəhram Əsgərovun ailə üzvləri, universitet rəhbərliyi,  fizika fakültəsinin professor-müəllim heyəti və “Tovuz” xeyriyyə cəmiyyətinin  nümayəndələri iştirak ediblır.

Ailə adından çıxış edən akademikin oğlu Firuz Əsgərov universitet rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Mətbuat və informasiya şöbəsi, 05 oktyabr 2015-ci il.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025