Akademik Rafael Hüseynov Şərqşünaslıq fakültəsində ustad dərsi keçib

05/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində qədim Şərqin elm, fəlsəfə dünyasının böyük ustadı - filosof, şair, riyaziyyatçı Ömər Xəyyamın rübailərinin təhlilinə həsr olunmuş növbəti ustad dərs keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, millət vəkili, professor Rafael Hüseynov “Klassik mətnin Xəyyam paradoksu: aidetmə ilə gerçək sahibliyin yayğın sərhədləri” adlı məruzəsində müasir şərqşünaslığın bir sıra aktual problemlərinə toxunub. Məruzəçi XII əsrin görkəmli mütəfəkkiri Ömər Xəyyamın dünya vətəndaşı sayılan klassiklər zümrəsinə daxil olmasından danışıb, onun böyük riyaziyyatçı, astronom, filosof və bir sıra digər elm sahəsində dərin biliklərə malik, bu istiqamətlərin hər birində qiymətli əsərlər yaratmış şəxsiyyət olmasından bəhs edib.

Akademik Rafael Hüseynov Ömər Xəyyamın ədəbiyyat nümayəndəsi olması və bu gün dünyada bir alimdən daha çox məhz bir şair kimi şöhrət qazandığına diqqət çəkib. Qeyd edib ki, alimlərin araşdırmalarına görə, Ömər Xəyyamın həqiqi poetik irsi 300-400 rübaidən ibarətdir. Lakin paradoks bundan ibarətdir ki, hazırda ona aid edilən rübailərin miqdarı 5000-dən artıqdır. Natiq müasir mətnşünaslığın problemləri kontekstində bu məsələ ilə bağlı geniş məlumat verib.

Ustad dərsi tələbə və müəllimlərin çoxsaylı sualları və mülahizələri ilə davam edib.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026