Akademik Rasim Əlquliyev BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib

06/11/2025

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qruplarının dəstəyi və Bakı Dövlət Universitetinin SABAH qruplarının təşkilatçılığı ilə AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əlquliyevin “Yeni rəqəmsal texnoloji çağırışlar: problemlər, imkanlar və perspektivlər” mövzusunda ustad dərsi keçirilib.

Tədbirdə qeyd olunub ki, süni intellekt, “big data”, avtomatlaşdırma kimi yeni rəqəmsal texnologiyalar müasir dünyanın iqtisadi, sosial və mədəni strukturunu köklü şəkildə dəyişir. Bu dəyişikliklər bir tərəfdən innovativ inkişafı və səmərəliliyi artırır, digər tərəfdən isə etik, hüquqi və sosial problemlər yaradır. Kibertəhlükəsizlik məsələsi məlumatların qorunmasını təmin etməklə yanaşı, rəqəmsal bərabərsizlik və qlobal idarəetmə mexanizmlərinin yenilənməsi ehtiyacını da önə çıxarır.

Akademik Rasim Əlquliyev çıxışında vurğulayıb ki, texnologiyanın sürətli inkişafı dövlətlərin rəqəmsal suverenliyini və insanyönümlü yanaşmanı ön plana çəkir. Rəqəmsal bacarıqların artırılması və etik standartların formalaşdırılması gələcəyin əsas istiqamətlərindən biri kimi dəyərləndirilir. O, həmçinin şəbəkə və bulud texnologiyaları, əşyaların interneti, proqram mühəndisliyi və rəqəmsal tibb sahələrində mütəxəssis hazırlığının vacibliyini diqqətə çatdırıb.

Ustad dərsi interaktiv şəkildə davam edib, tələbələr akademiklə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara ətraflı cavablar alıblar.

 

Xəbərlər

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır
03/08/2026

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
03/08/2026

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub
03/08/2026