Akademik Teymur Kərimli BDU-da ustad dərsi keçib

22/05/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ulu Öndər Heydər Əliyev və klassik irsimiz” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli mövzu ilə bağlı məruzə edib.

Akademik Teymur Kərimli Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətinin hər iki dövründə milli-mənəvi dəyərlərimizə, klassik irsimizə qayıdış prosesinin həyata keçirilməsindəki müstəsna xidmətlərini tarixi dövrləşdirmə əsasında elmi-nəzəri baxımdan şərh edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan klassik irsinə hər zaman sevgi və qayğı ilə yanaşıb, bu irsin öyrənilməsi, tədqiqi və təbliğinə mühüm töhfələr verib: “Ulu Öndər Azərbaycan yazılı abidələrinə, xüsusilə əlyazma irsimizə həssaslıqla yanaşıb, Respublika Əlyazmalar Fondunun xüsusi elmi tədqiqat institutu statusu almasına nail olub. Ümummilli Lider həm sovet dövründə, həm də müstəqillik illərində Əlyazmalar İnstitutunda olub, “Kitabi-Dədə Qorqud” dastanının Drezden nüsxəsinin faksimilesini İnstituta hədiyyə edib”.

Məruzədə Ümummilli Lider Heydər Əliyevin dövlət tədbirlərindəki çıxışlarından, ziyalılarla görüşlərində səslənən nitqlərindən, klassik irsimizin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı imzaladığı mühüm fərman və sərəncamlarından nümunələr gətirilərək müdrik rəhbərin klassik irsimizin böyük təəssübkeşi və hamisi olduğu vurğulanıb.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026