Akademik Təqaüdçülər Proqramı

13/04/2009

ATP Azərbaycanda artıq 5 ildir ki fəaliyyət göstərir.
Proqramın əsas fəaliyyəti xaricdə təhsil almış gənc kadrları ali məktəblərə tədris prosesinə cəlb etməkdir. Fəaliyyətdə olduğu illər ərzində proqram BDU-nun aparıcı kafedrları ilə əmakdaşlıq etmişdir. Bu akademik il Bakı Dövlət Universitetinin 4 müxtəlif kafedralarında 19 nəfər xaricdə təhsil almış müəllim beynəlxalq standartlara uyğun dərs tədris edir.
Proqramın Azərbaycanda ali təhsildə prosesində yaxından iştirak edən bir əməkdaş kimi fəaliyyətini davam etdirmək, onun gələcək planlarını, imkanlarını, üzləşdiyi çətinlikləri müzakirə etmək üçün fevralın 4-də proqramın direktoru Geogre Şarvaşidze, proqramın administrativ koordinatoru Timea Mikola, Qafqaz üzrə regional meneceri Maqda Maqradze və Azərbaycan üzrə koordinatoru Raziya İsayeva Bakı Dövlət Universitetində işgüzar səfərdə oldular.
Tədbiri giriş sözü ilə açan elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyev qonaqları salamladıqdan sonra onlara qısaca olaraq BDU- nun keçdiyi tarixi yol, onun beynəlxalq aləmdə nüfüzu və Universitetdəki ən son yeniliklərdən danışdı. Akademik Təqaüdçülər Proqramının isə bu yeniliklər arasında əvəzolunmaz yer tutduğunu xüsusilə vurğuladı. Avropanın və Amerikanın müxtəlif Universitetlərində magistr və doktor dərəcəsi almış gənc kadrların işə cəlb olunması, ən son təhsil standartlarına uyğun fəaliyyət planlarının hazırlanması və fənnlərin tədris edilməsi və s. bu kimi fəaliyyətlərin boloniya təhsil sisteminə inteqrasiya edən Universitet üçün əhəhmiyyətindən danişdı.
Daha sonra söz alan Akademik Təqaüdçülər Proqramınin rəhbəri Geogre Şarvaşidze bu proqramın Balkan ölkələri, Albaniya, Ukrayna, Belarusiya, Kiyev, Budapeşt, Bişkek və s. ölkələrdə tətbiqindən və nəaliyyətlərindən danışdı. Qeyd etdi ki, proqram tərəfindən tələbələrə dərəcəsindən asılı olaraq magistrlara 500 avro, doktorlara isə daha çox əmək haqqı ayrılmışdır. Proqramda iştirak edən hər fakültənin təqaüdçülərinin beynəlxalq mütəxəssislər tərəfindən də nəzarətdə olduğunu bildirən Şarvaşidze ildə 2 dəfə Bakı Dövlət Universitetinə səfər edən bu alimlərin tədris planlarının yazılmasında, dərslərin daha səmərəli və interaktiv keçirilməsində olan rolundan bəhs etdi .O, proqramın bundan sonra daha səmərəli inkişafında elektron – kitabxanaların və fakültələrarası onlayn informasiya mübadiləsinin əhəmiyyətindən bəhs etdi.
Proqramın davamiyyətinə gəldikdə isə Şarvaşidze proqramda iştirak edən təqaüdçülər də daxil olmaqla bütün rəhbərlərin bu işdə məsuliyyət daşıdığını bildirdi.
Daha sonra Beynəlxalq Proqramlar şöbəsinin rəhbəri Gülheyram Rəhimova söz alaraq proqramın ən böyük uğuru kimi növbəti dərs ilində fəaliyyət göstərəcək “Beynəlxalq İnsan Hüquqları” adlı magistr kursunun əhəmiyyəti və gələcək perspektirvləri haqqında informasiya verdi.
Beynəlxalq Münasibətlər və Beynəlxaq Hüquq fakültəsinin beynəlxalq hüquq kafedrasının müdiri Rüstəm Məmmədov Baloniya sistemində təqaüdçülərin əvəzolunmaz rolundan danışaraq qeyd etdi ki, beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin xarici universitetlərdə dərəcə aldıqdan sonra yenidən Universitetə işə cəlb edilməsi təqdirə layiq haldır. O, müəllimlərin də avropa və amerika universitetlərində tədqiqat işləri apara bilməsi üçün belə təqaüd proqramlarının zəruriliyindən bəhs etdi.
Beynəlxalq Münasibətlər kafedrasının müdiri, professor Ağalar Abbasbəyli isə son zamanlar Azərbaycanda təhsildə baş verən islahatlardan bəhs edərək 5000 tələbənin xaricdə təhsil almasının və sonradan bir mütəxəssis kimi universitetlərə cəlb edilməsini dəstəkləyən bu proqramın davamlı olmasında hər zaman maraqli olacagini bildirməklə yanaşı, kitab probleminin hələ də aktual olduğunu xatırladaraq qeyd etdi ki, kitab çatişmazliği tədris proresində ən problemli hissə olaraq qalır və bir fakültə olaraq ATP- nın onlara verəcəyi kitablar bu problemin qismən aradan qaldirilmasında yardımçı olacaq
Riyazi iqtisadiyyat və iqtisadi ekoloji sistemlərin modelləşdirilməsi kafedrasının müdiri Namik Tağıyev proqramın ideyasının sadə və eyni zamanda çox əhəmiyyətli olduğunu bildirdi. Təqaüdçülərin təcrübəsiz olduğunu qeyd edərək bildirdi ki, bu yazılan tədris planlarında özünü göstərir. Fakültədəki təcrübəli müəllimlərin bu işdə gənc kadrlara yardım etməsinin zəruriliyini qeyd etdi.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə müəllimlərin savadlı olduğunu, lakin onların bu işə ciddi yanaşmadıqlarını bildirdi. Müəllimlərin yalnız öz fənnlərinin tədrisində iştirak edib heç bir fakültə işinə maraq göstərmədiklərini qeyd etdi. Tədris planlarının olmadiğını, əldə olan tədris planının isə qeyri peşəkar olduğunu qeyd etdi. Sosial işin yeni bir fənn olduğu üçün daha təcrübəli kadrların cəlb olunmasının vacibliyindən danışdı.
Proqramın direktoru Şarvaşidze gələcəkdə təqaüdçülərin məhz fakültə tərəfində seçiliməsinin arzuolunan olduğunu qeyd edərək bildirdi ki, prosesin bu cür apsarılması onlara işin daha peşəkar qurulmasında kömək edə bilər.
Görüşün sonunda elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyev bir daha Proqramı dəstəklədiyini və onun davamlı olması üçün Bakı Dövlət Universitetinin rəhbərliyinin əlindən gələcəyini əsirgəməyəcəyini bildirdi.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024