Akademik Vasim Məmmədəliyev vəfat edib

14/10/2019

Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının müdiri Vasim Məmmədəliyev vəfat edib.

Akademik Vasim Məmmədəliyev 1942-ci ildə anadan olub. 1959-1964-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 1979-cu ildə professor adına layiq görülüb. 1981-1991-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, 1991-92-ci illərdə BDU-nun humanitar fakültələr üzrə prorektoru, 1993-2018-ci illərdə İlahiyyat fakültəsinin dekanı vəzifələrində çalışıb. 1991-ci ildən ömrünün sonunadək BDU-nun Ərəb filologiyası kafedrasına rəhbərlik edib. 2001-ci ildə AMEA-nın müxbir, 2007-ci ildə həqiqi üzvü seçilib.

Akademik Vasim Məmmədəliyevin əsas tədqiqat sahəsi ərəb dilçiliyi olub.

Vasim Məmmədəliyev 1991-ci ildə mərhum akademik Ziya Bünyadovla birlikdə müqəddəs kitabımız "Qurani-Kərimi" Azərbaycan dilinə tərcümə edib.

Tanınmış şərqşünas elm və təhsilin inkişafındakı xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, "Şöhrət" və "Şərəf" ordenləri ilətəltif edilib.

Prezident təqaüdçüsü olan Vasim Məmmədəliyev Heydər Əliyev Fondunun "Qızıl Çinar" beynəlxalq mükafatına da layiq görülüb.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026