Akademik Vasim Məmmədəliyevin anım günü ilə bağlı dəyirmi masa keçirilib

15/10/2021

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində görkəmli ərəbşünas-alim, Ərəb filologiyası kafedrasının müdiri, mərhum akademik Vasim Məmmədəliyevin anım günü keçirilib. Şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti və  tələbələr akademik Vasim Məmmədəliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Ziyarətdən sonra alimin anım günü ilə bağlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Ərəb filologiyası kafedrasının professoru Elxan Əzizov açaraq, Vasim müəllimin həyat və fəaliyyəti barədə geniş məlumat verib, onun fundamental biliklərə, qeyri-adi dil bacarığına malik olmuş görkəmli bir alim olmasından söz açıb. Ölkə müstəvisində və Şərq ölkələrində alimə verilən qiymətdən, o cümlədən Şərqşünaslıq fakültəsinin inkişafına verdiyi töfhələrdən, kadr potensialının hazırlanmasında uzun illər göstərdiyi xidmətdən danışıb.

Ərəb filologiyası kafedrasının dosenti Vüqar Qaradağlı mərhum akademikin təkcə ərəb dili deyil, şərqşünaslıqla bağlı bütün sahələrdə böyük biliyə malik olması, fars dilinin mahir bilicisi, poeziya və muğamın dərinliklərindən məlumatlı olması barədə danışıb. Ərəbşünaslıqda açdığı yolla yanaşı, dəyərli insan, səmimi və mehriban xarakterə malik olmasını qeyd edib.

Fakültənin tədris işləri üzrə dekan müavini Tərlan Məlikov alimin sonuncu yetirməsi kimi Vasim müəllimin rəhbərliyi ilə yerinə yetirdiyi dissertasiya işi və ərəb dili sahəsində azərbaycanca ilk lüğətin hazırlanmasından söz açıb.

Elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə Vasim müəllimin Azərbaycan mədəniyyəti, incəsənəti, hətta mətbəxini dərindən bilməsini, daim öz məsləhətləri ilə insanlara dəstək və arxa olması, elmdə olduğu kimi, ictimai proseslərdə də seçilməsindən danışıb.

Sonra Ərəb filologiyası kafedrasının müəllimi Mais Ağaverdiyev, İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədova və Vasim müəllimin dərs dediyi, magistrant Nemət Məmmədov alimlə bağlı öz xatirələrini bölüşüb.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025