Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası BDU-da tibbi aksiya keçirir

16/05/2024

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Bakı Dövlət Universitetində (BDU) ikigünlük tibbi aksiya keçirir.

Aksiyanın keçirilməsində məqsəd Universitetin tələbə və müəllim heyətinə tibbi xidmət göstərmək, görmə patologiyasının erkən diaqnostikasını aşkarlamaq, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Aksiya mayın 17-də də gün ərzində davam edəcək.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2005-ci ildən paytaxtda və ölkənin müxtəlif bölgələrində əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün səyyar aksiyalar keçirilir. Mobil Oftalmoloji Klinikanın fəaliyyəti respublikanın ali təhsil müəssisələrinin tələbələrinin vaxtında yoxlanılması, refraksiya anomaliyalarının aşkarlanması və mümkün olan ağırlaşmaların qarşısını almaq üçün vacibdir. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

Xəbərlər

BDU-da elmi seminar: “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında nəşrlər”

BDU-da elmi seminar: “Türk dünyasının mədəniyyat paytaxtı Şuşa haqqında nəşrlər”
24/06/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında 7 medal qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında 7 medal qazanıblar
24/06/2025

BDU rektorunun müşaviri ICESCO forumunda beynəlxalq paneldə çıxış edib

BDU rektorunun müşaviri ICESCO forumunda beynəlxalq paneldə çıxış edib  
24/06/2025