AİLƏ və XOŞBƏXTLİK

05/02/2015

Yazıma fransız yazıçısı və tənqidçisi Marsel Sesironun fikirləri ilə başlamaq istərdim: “Xoşbəxtlik əlimizdəki imkanlardan yox, onlardan necə bəhrələnəcəyimizdən asılıdır”.

Bütün insanlar xoşbəxt olmaq istəyir və bu istək hər kəsin təbii qəbul olunan ən ali arzusudur. Xoşbəxtlik əldə etmək istəyi insanları müxtəlif fəaliyyətlərə təhrik edir. Xoşbəxtlik uğrunda mübarizə insanları kamilləşdirə də bilər, cahilləşdirə də , xeyirxaha da çevirər, bədxaha da…

Təbii sorğu və müşahidələrdən bəlli olur ki, xoşbəxtlik anları əksər hallarda ani və fasiləli olur. İnsanlar isə uzunmüddətli xoşbəxtliyi arzu edir və bu yolda mübarizələr aparır.

Xoşbəxtliyin əldə edilməsinə aid vaxtilə elmdə çox mübahisələr olmuş, müxtəlif etik-psixoloji cərəyanlar da yaranmışdır. Belə cərəyanlardan hedonizm və evdemonizm daha geniş yayılmışdır. Hedonizmdə-həzz hissi həyatda ən ali məqsəd hesab edilirdi və həzzə doğru yönəlmiş hərəkətlərin lazımi həyati davranış tərzi olması fikri dəstəklənirdi.

Xoşbəxtlik “evdomaniya” ( eudaimonia yunan sözü olub, eu-xeyirxahlıq, daimon-ilahi deməkdir) sözündən götürülüb, ilahi xeyirxahlıq, ilahi xeyir-dua mənasını verir, yəni insan taleyinin Allahın himayəsi altında olması kimi başa düşülür.

Xoşbəxtliyin ən  əsası ailədən başlayır. Ailə münasibətlərinin öyrənilməsi qədim zamanlardan başlanılmışdır. İlk fikirlərin öyrənilməsində ailə, onun mahiyyəti, strukturu, ailənin insan həyatında əhəmiyyəti və s. problemlərə baxış müxtəlif olmuş, zaman-zaman dəyişilmişdir. Ailə insanlıq tarixinin ilk müəssisəsidir. Nəsillər ordan boy atır, orada böyüyür. Xalqlar da gücünü, bütövlüyünü ailələrlə bağlayırlar…  Ailə müasir dövrdə  istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütünlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır.

Ailə sözü aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. Sosiologiya baxımından ailə evlənmək, ya da qohumluq xətti ilə gedən həyat birliyidir. Ailə sözü Qərbdə, əsasən, ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir.

Ailə münasibətlərinin qurulmasında, düzgün şəkildə aparılmasında hər iki tərəfin (qadın və kişi) rolu əsasdır. Cütlük bir-birini başa düşməli, müəyyən sıxıntılı vaxtlarda  güzəştə getməyi bacarmalıdır. Ailədə münasibətlərin düzgün qurulması istər uşaqların tərbiyəsinə, psixikasının inkişafına, istərsə də ümumi ailə planının qurulmasına təsir göstərəcəkdir.

Sevgi məsuliyyətdir. O həm qorxu, həm qayğı, həm bağlılıq, həm vəfa, həm borc, həm şəhvət, qoruyub-qorunmaq, həm də qurub-yaratmaq-yəni həyatdır.

Xoşbəxtliklə bağlı İslam dinində də maraqlı açıqlamalar mövcuddur. Məsələn,  insanlar saf əməllər etməyə, təmizliyə, xeyirxahlığa və nəfsin idarə edilməsinə çağırılır. Xoşbəxtliyin duyulmasında məhəbbət və sevgi hissinin yaşanması da əhəmiyyətli rol oynayır, xeyirxah insanların əhatəsində olmaq da xoşbəxtlikdir.

Həm cinsi, həm də yaş dövrləri ilə əlaqəli insan müvafiq rolların icraçısıdır, bu rolların çoxu təbiət tərəfindən bəxş edilib. Məsələn, övlad, nəvə, nənə-baba, bacı-qardaş, qız-oğlan, gənc-qoca və s. digər bir qismini isə sosial mühitin tələbləri formalaşdırır, məsələn, şagird, müəllim, həkim, hakim.

Fatiməxanım Qasımova,

Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi

Xəbərlər

BDU-nun Karyera və məzunlarla iş Mərkəzi “Azərbaycan Uşaqları” İctimai Birliyi ilə əməkdaşlıq edəcək

BDU-nun Karyera və məzunlarla iş Mərkəzi “Azərbaycan Uşaqları” İctimai Birliyi ilə əməkdaşlıq edəcək
15/01/2025

BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır

BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır
14/01/2025

BDU-nun Astrofizika kafedrası: "2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq"

BDU-nun Astrofizika kafedrası: "2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq"
14/01/2025