Ali məktəb tələbələri arasında "Hər qarışı Vətəndir" adlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

15/10/2025

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında "Hər qarışı Vətəndir" adlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə “BDU könüllüləri” təşkilatının dəstəyi ilə keçirilib.

Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev Qərbi Azərbaycanın əzəli torpaqlarımız, qan yaddaşımız olduğunu bildirib. O qeyd edib ki, Qərbi Azərbaycan məsələsini milli-mənəvi yaddaşımızda daha da möhkəmləndirmək üçün ali təhsil müəssisələrinin, alim və tələbələrin də üzərinə böyük məsuliyyət düşür. Bunun üçün tarixi arxid sənədləri, şəkilləri əsasında tədqiqatlar, araşdırmalar aparılmalı, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı beynəlxalq hüquq istiqamətində atdığı adddımlara dəstək göstərilməlidir. Keçirilən müsabiqə bu baxımdan çox önəmlidir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ən yüksək kürsülərdən ölkəmizin mövqeyini bəyan edir. Qərbi Azərbaycan İcması bu istiqamətdə uğurla fəaliyyət göstərir. BDU-da Erməni Araşdırmaları və Təlim Mərkəzi fəaliyyət göstərir. Son illər BDU-da Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb. Hazırda bir neçə fakültənin iştirakı ilə Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılır”.

Milli Məclisin (MM) üzvü Hikmət Babaoğlu, MM-in Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışlarında müsabiqənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, milli yaddaşın və tarixin öyrənilməsində ədəbiyyat çox təsirli vasitədir. "Hər qarışı Vətəndir" adlı məqalə müsabiqəsi tarixi yaddaşa qayıdış yolunda önəmli vasitədir.

Sonda müsabiqənin qalibləri mükafatlandırılıb. BDU tələbələri Qasım Xəlilov müsabiqədə I, Hümbət Bədəlov II, Sumqayıt Dövlət Universitetinin tələbəsi Nigar Xanəliyeva III yerə layiq görülüblər. Azərbaycan Dövlət İqtisad Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universitetinin tələbələri Aygün Fərzəliyeva, Yasin Salehov və Rahilə Məmmədova isə həvəsləndirici yerləri qazanıblar.

Xəbərlər

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya
26/12/2025

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da
26/12/2025

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək
26/12/2025