Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti

29/03/2012

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı” (BDİP) Bakı Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində, universitetin yeni yaradılmış Ekologiya və Torpaqşünaslıq fakültəsi ilə müxtəlif layihələr həyata keçirmək, fakültənin Bioekologiya kafedrasının magistrantları üçün beynəlxalq standartlara uyğun tədris proqramı hazırlamaq niyyətindədir.

Bu məqsədlə fevral ayında Bakıda Almaniyadan dəvət olunmuş mütəxəssislər və Bakı Dövlət Universitetində yaradılmış işçi qrupunun ilkin görüşü keçirilmişdi. Növbəti addım olaraq isə, Universitetimizdən olan nümayəndə heyəti mart ayının 9-da Almaniyada səfərdə olmuşdur. Səfər, tədris proqramının müzakirəsi, Greiswald  Universitetinin maddi texniki bazası ilə tanışlıq və müəllim heyəti ilə təcrübə mübadiləsini aparılması məqsədi daşıyır.

Səfər müddətində nümayəndə heyəti Berlin Təbiətşünaslıq muzeyində, Almaniyanın ən böyük adası olan Rügen adasında yerləşən Yasmund Milli Parkında olmuş, buranın təbiəti və digər önəmli xüsusiyyətləri ilə yaxından tanış olmuşdur.

Mart ayının 13-də Greiswald Universitetinin prorektoru və beynəlxalq əlaqələr üzrə şöbənin rəhbəri ilə geniş əhatəli görüş keçirilmiş və gələcəkdə universitetlər arasında qarşılıqlı tələbə mübadiləsinin aparılması məsələləri barədə ətraflı müzakirələr aparılmışdır.

Hazırda tədris proqramının ayrı-ayrı müddəaları, o cümlədən modulların müəyyən edilməsi, metodologiyalar və çöl təcrübələri barədə işçi qruplarının müzakirələri davam edir.

Qeyd edək ki, səfər mart ayının 15-də başa çatıb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026